IQNA

Türkiyədə Quran dərsləri təşkil edən Suriyalı xanım

22:52 - July 10, 2020
Xəbər sayı: 3487591
Tehran (IQNA) -  Suriyalı Quran müəlliməsi Suzan Şeyxə Ümmül-Bəşər Dəməşqdən Türkiyəyə müharicət edib və 25 ildir Ankara şəhərində yaşayır.

Ümmül-Bəşər çətin şəraitdə Quranın yayılması və Quranın hifzi yolunda dəyərli işlər görmüşdür.

Suzan Şeyxə Qurani-Kərimi 10 qiraət ilə öyrənib və öyrədir.

O, İstanbulun Başak şəhər bölgəsində "Dirayul-Quran" müəssisəsini təsis edib.

Bu müəssisəsədə 20 ildir ki, xanımlar və kişilərə Quran dərsləri öyrədilir.

O deyir: Bura gəldiyim ilk günlərdən hiss elədim ki, dini elmlər sahəsində zəiflik var. Quranı evlərdə tədris etməyə başladım. Sonra "Diyarul-Quran" müəssisəsini yaratdım.

"Diyarul-Quran" müəssisəsində Türkiyədə mühacirətdə olan 450 ərəb xanımı və 170 türkiyəli xanım Quran təhsili alır.

Burada təhsil alanlar Türkiyənin Dini İşlər Nazirliyinin imtahanlarında iştirak edirlər. Keçən il müəssisənin 22 şagirdi nazirliyinin Quran qiraəti icazəsini əldə edə biliblər.  /3909495

captcha