IQNA

Ayasofyanın muzeydən məscidə çevrilməsi ilə bağlı qərar verilib

10:01 - July 11, 2020
Xəbər sayı: 3487598
Tehran (IQNA) - Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbuldakı qədim müqəddəs AyaSofya məscidinin muzey statusunun dəyişdirilərək yenidən məscid edilməsinə qərar verib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "suputnik"ə istinadla verdiyi xəbərə görə, İstanbuldakı qədim müqəddəs Sofiya kilsəsi (Ayasofya) yenidən rəsmi olaraq məscid statusu alıb.

1934-cü ildə məhkəmə Türkiyə Nazirlər Kabinetinin Ayasofyanı məscid etmək qərarını qanunsuz sayaraq ləğv edib. O vaxt tarixi pravoslav kilsəsi muzey statusu alıb.

Türkiyəli jurnalistlər bir gün əvvəl kilsə ilə bağlı qərarın iyulun 10-da səsləndiriləcəyini açıqlamışdılar.

Bundan əvvəl Rusiya Dövlət Dumasının deputatları Türkiyənin Böyük Millət Məclisinə bu məsələ ilə bağlı müraciət layihəsini açıqlayıblar. Deputatların fikrincə, kilsənin statusunun dəyişdirilməsi Rusiya vətəndaşları üçün həssas məsələdir. Onlar türk hökumətini "dünya miqyaslı muzey statusunun tələm-tələsik dəyişdirilməsi" nəticəsində dəyə biləcək zərərin qarşısını almağa çağırıblar.

İyunun 5-də Prezident Rəcəb Tayyib Ərdoğan öz köməkçilərinə Müqəddəs Sofya muzeyinin rəsmən məscidə çevirmək üçün hazırlıqlara başlamaq məqsədilə araşdırma aparmağı tapşırıb. İyulun 2-də Türkiyə Ali Məhkəməsi qərara alıb ki, İstanbuldakı Müqəddəs Sofya muzeyinin statusu ölkə Prezidentinin fərmanı ilə dəyişdirilə bilər.

Sofiya kilsəsi eramızın VI əsrində imperator Yustinianın əmri ilə inşa edilib. Türklər Konstantinopolu tutandan sonra onu məscid ediblər. Lakin 1935-ci ildə Ayasofyaya Prezident Mustafa Kamal Atatürk tərəfindən muzey statusu verilib. /3909715

 

 

Teqlər: türkiyə ، kilsə ، ayasofiya
captcha