IQNA

Müqəddəs kitabların ilk tərcümə tarixçəsi

23:33 - July 15, 2020
Xəbər sayı: 3487636
Tehran (IQNA) -  "İbrahimi dinlər"ə, yəni İslam, xristianlıq və yəhudilik dininə inanların müqəddəs kitabları olan Quran, İncil və Tövrat indiyədək dünyanın bir çox dillərinə tərcümə edilib.

Son günlərdə Misrdə "Əhdi-Cədid"in (İncil) "Məsihin İncilinin doğru mənası" adlı yeni tərcüməsi yayıldı. Keşiş İkram Ləməiyə nisbət verilən bu tərcümə Misrin xristian cəmiyyətində səs-küyə səbəb oldu. Xristian təşkilatları bu tərcümənin Məsih əqidəsinə zidd olduğunu bildirdilər və tərcümənin adı keçən keşişə aid olmadığını elan etdilər.

Xristian icmaları bu tərcüməni qəbul etmədiklərini bildirdilər və bu barədə xəbərdarlıq etdilər.

Bu məsələ səbəb oldu ki, müqəddəs kitabların ən qədim tərcümələri barədə kiçik araşdırma aparaq və oxucularımıza təqdim edək.   

Quran

Müsəlmanların müqəddəs kitabı Quran indiyədək yüzlərlə dilə tərcümə edilmişdir. Quranı İngilis dilinə ilk dəfə Aleksandır Ross tərcümə edib. Bu tərcümə isə orjinal deyildi, Rayerin Fransızca tərcüməsinin İngilis dilinə tərcüməsi idi.  

Qurani-Kərim ikinci dəfə Dr. Sale tərəfindən 1734-cü ildə birbaşa Ərəbcədən tərcümə edildi. Mütərcim kitabın haşiyəsində bəzi təfsirlərdən izahlar da yazmışdır.

1861-ci ildə keşiş Rodvel (Rodwell) Quranı ingilis dilinə tarixi nüzul tərtibi əsasında tərcümə etdi.

Tövrat

İbri dilində olan qaynaqlara əsasən Tövratın ilk tərcüməsinin adı "ət-Tərcümətis-Səbiniyyə"dir (yetmişlik tərcümə). Bu tərcüməni miladdan 3 əsr öncə 72 yəhudi alimi 72 gün ərzində Yunan dilində həyata keçiriblər. Bu tərcümə miladdan 2 əsr öncə Yunanın İskəndəriyyəsində geniş yayılmışdı.  

Yəhudilərin müqəddəs kitabı "Əhdi-Qədim" xristianların istifadə etdiyi "əhdi-qədim" (tövrat) və "əhdi-cədid" (incil) fərqlidir.

İncil

Xristinaların müqəddəs kitabı "İncil" adlanır. Bu kitabın ən qədim nüsxəsi ibri (yəhudilərin əsas dili) dilindədir. Həmin kitabın az bir hissəsi "arami" dilindədir.

İncil kitabı qədim dövrdən Yunan dilində geniş yayılıb. İncilin nüsxələri arasında Mətanın yazdığı İncil həm yunan və həm də arami dilinə tərcümə edilmişdir. Bu kitab miladdan üç əsr öncə Misrin İskəndəriyyə şəhərində İbri dilindən Yunan dilinə tərcümə edilib.

İncilin ən qədim Ərəbcə tərcüməsi Miladın 24-cü ilində İşbiliyyənin keşişi tərəfindən İspaniyada həyata keçirilib. /3910469

Teqlər: incil ، tövrat ، quran
captcha