IQNA

 İslami məzhəblər peyğəmbərlərə və salehlərə təvəssül etməyi qəbul edir

10:53 - July 16, 2020
Xəbər sayı: 3487637
Tehran (IQNA) -  Bu günlərdə əl-Əzhər İslam Mərkəzinin Fətva Komitəsinin saleh insanlar və peyğəmbərlərə onların vəfatından sonra təvəssül etməyin icazəli olduğu barədə fətvası gündəmi zəbt edib.

Misrin sosial şəbəkələrində bu mövzu üzərində gedən müzakirələr göstərir ki, İbn Teymiyyənin ardıcılları olan azğın vəhabi firqəsindən başqa bütün İslami məzhəblər peyğəmbərlərə və saleh insanlara vəfatlarından sonra təvəssül etməyi qəbul edirlər.

Bu barədə gedən müzakirə və mübahisələrdə müşahidə edilən budur ki, İslami məzhəblərin alimləri İbn Teymiyyənin təvəssülün inkarı barədə fikirlərini rədd və təvvəssülün icazəli olması barədə ittifaq ediblər.

Qeyd edək ki, keçən günlərdə müsəlmanlardan biq qrupu "koronavirus" pandemiyasının ortadan götürülməsi üçün Peyğəmbərə (s) təvəssül edilməsi və şəfa istənilməsi barədə əl-Əzhər İslam Mərkəzinin alimlərinə sual ünvanlamışdılar.

Misrin əl-Əzhər İslam Mərkəzinin Fətva Komitəsi elan etmişdi ki, Peyğəmbərə (s) və digər saleh insanlara təvəssül etmək Maliki, Şafei fiqhinə və Hənbəli və Hənəfi alimlərinin rəyinə əsasən icazəlidir.

Fətva Mərkəzinin elanında deyilir: Vəfatından sonra Peyğəmbərə (s) təvəssül etməyin, yəni "İlahi, Sənin peyğəmbərin Həzrət Məhəmməd (s) xatirinə və hörmətinə Səndən istəyirəm ki, ...." kimi dua etməyin eybi yoxdur.   

əl-Əzhər İslam Mərkəzinin Fətva Komitəsi bu barədə cavabını əhli-sünnənin məşhur hədis alimi və fəqihi Əbu Zəkəriyya Yəhya bin Şərif Nəvəvinin (631-676 hq) fətvaları ilə əsaslandırıb. Onun fətvasına görə, müsəlman şəxs hacətini Peyğəmbərə (s) təvəssül edərək və onu şəfaətçi qərar verərək istəyə bilər. Çünki Peyğəmbərin (s) şəfaəti Allah yanından geri qaytarılmaz".

هم‌صدایی مذاهب اسلامی در جواز توسل به انبیاء و صالحان

Bundan əlavə Misrin digər əhli-sünnə alimləri, o cümlədən Misrin keçmiş baş müftisi və əl-Əzhərin alimlər heyətinin üzvü Əli Cümə Şafei televiziya kanalı ilə müsahibəsində Peyğəmbərə (s) təvəssül etməyi və o həzrətin qəbrini öpərək təbərrük etməyi icazəli hesab etmiş və demişdi ki, təvəssül zamanı belə deməliyik:

«اللهم إنی أتوسل إلیک بنبیّک محمد أن تقضی حاجتی»

 "Əllahummə inni ətəvəssəlu iləykə bi nəbiyyikə Muhəmməd ən təqzi hacəti"

Tərcüməsi: "İlahi sənə təvəssül edirəm peyğəmbərin Məhəmmədin (s) vasitəsi ilə ki, onun hörmətinə mənim istəklərimi həyata keçir".

هم‌صدایی مذاهب اسلامی در جواز توسل به انبیاء و صالحان

Misrin əl-Əzhər İslam Mərkəzinin digər tanınmış ustadı Şeyx Sami əl-Əsalə də "əl-Kövsər" televiziyası ilə müsahibəsində əhli-sünnənin peyğəmbərə, əhli-beytə və digər saleh insanlara təvəssülü caiz və hətta müstəhəb bildiyini və vəhabilərin bu barədə azğın yolda olduqlarını vurğulamışdı.

هم‌صدایی مذاهب اسلامی در جواز توسل به انبیاء و صالحان

Xatırladaq ki, təvəssül inkar edən ilk şəxs İbn Teymiyyə olmuşdur. Ona bu məsələdə ilk rəddiyyə yazanlar və onu axmaq və cahil adlandıranlar da Əhli-Sünnə alimləri olublar.

Müasir dövrdə isə ibn Əbdülvəhhab onun batil fikirlərini yenidən yaymağa başladı və azğın "vəhabi" (sələfi) firqəsini yaratdı. Bu firqənin yaranması ilə müsəlman aləmində müsəlmanların qanını tökməyi halal hesab edən "İŞİD", ən-Nüsrə, əl-Qaidə və Taliban kimi terrorçu və təkfirçi qruplaşmalar yaradıldı.

Hazırladı: Zöhrə Nuri   

/3910612

 

captcha