IQNA

HƏMAS: "Əl-Əqsa məscidi Fələstin xalqının qırmızı xəttidir"

20:29 - July 18, 2020
Xəbər sayı: 3487654
Fələstinin İslami Müqavimət Hərəkatı HƏMAS-ın mətbuat katibi Qüdsi şərif və Əl-Əqsa məscidinin Fəlsətin xalqı və müqavimət cəbhəsinin qırmızı xətti olduğunu və onların qorunmasının bütün islam ümmətinin dini borcu olduğunu vurğulayıb.

IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) xəbər verir ki, HƏMAS hərəkatının sözçüsü Fəvzi Bərhum cümə günü Əl-Əqsa məscidindəki Babul-Rəhmət müsəllasının bağlanmasına etiraz olaraq keçirilən aksiyada deyib: "Qüds Fələstin xalqının əbədi paytaxtıdır və "əsrin sövdələşməsi" sionist-amerikan planı heç vaxt reallaşmayacaq.

Fələstinin İslami Cihad hərəkatının yüksək vəzifəli üzvü Xizr Həbib də Qəzzə də keçirilən fələstinlilərin aksiyasında deyib: "Fələstinlilər heç vaxt sionist rejimin Qüdsi şərifə nəzarətin və hakimiyyətin ələ keçirilməsinə dair planlarının icrasına icazə verməyəcəklər.

Babul-Rəhmət Əl-Əqsa məscidinin şərqi hissəsində yerləşir və Qüdsün Vəqflər İdarəsi bu girişi Təl-Əviv tərəfindən 10 il müddətinə məcburi bağlı qaldıqdan sonra 2019-cu ilin Fevral ayında yenidən açdı.

Babu-Rəhmə qapısının açılmasından bəri sionit rejim polisi namazqılanlar və mühafizəçilərə qarşı təxribatçı hərəkətlərini artırıb və onlarınbir çoxunu sürgün edib.

Qüdsün işğalçı rejimi mənzilləri dağıtmaq, fələstinliləri həbs etmək, Əl-Əqsa məscidinə basqın etmək və sionist qəsəbələrin sakinlərini artırmaqla Qüdsü yəhudiləşdirmək və fələstinliləri qovmaq məqsədini güdür.

captcha