Məşhur Azanın müəllifi mərhum Rəhim Müəzzinzadə Ərdəbili hicri-şəmsi tarixi ilə 1304-cü ildə Ərdəbilin dindar və incəsənət əhli olan bir ailəsində dünyaya göz açdı.
Atası Şeyx Kərim həm ruhani idi və həm də uzun illər (1322-1327 hicri-şəmsi) Tehranın İmam Xomeyni (r.ə) məscidinin azançısı olmuşdu. Məscidin dua və münacatlarını oxuyardı. Şeyx Kərim vəfat etdikdən sonra oğlu Rəhim atasının dini, əxlaqi və incəsənət irsini daşımağa başladı.
O uşaqlığında Ərdəbildə ikən Quran qiraət etməyi və Azan deməyi öyrənmişdi. Ərdəbilin Came məscidində Quranın təcvid qaydalarını, nəhv, sərf, fiqh və məntiq elmlərini mənimsəmişdi.
Quran qiraəti və Azan deməyə həvəsli olan Rəhim Ərdəbilin musiqi ustadlarından bu elmin də incəliklərini öyrənmişdi və İran musiqi dəstgahlarını kamil bilirdi.
O, təhsilini davam etdirmək və təkmilləşdirmək üçün əvvəl Tehrana, sonra isə Quma səfər etdi. Amma Qumda 3 il təhsil aldıqdan sonra atasının vəfatı onu Tehrana qayıtmağa və ailənin başçılığını öhdəsinə götürməyə məcbur etdi.
Tehrana qayıdandan sonra mərhum atasının arzusunu yerinə yetirmək hədəfi ilə Tehranın İmam Xomeyni (r.ə) məscidinin Azan, dua və münacat oxunmasını məsuliyyətini öz üzərinə götürdü. Həmin illərdə Tehran radiosundan da rəsmi dəvət aldı və onun Azan, dua və münacat səsləri radiodan eşidilməyə başladı.
Rəhimin atası həmişə azanı "bəyat türk" dəstgahı üzərində oxuyurdu. Buna görə də Rəhim atasının arzusunu peşəkar şəkildə reallaşdırmaq istədi. Beləliklə 1334-cü hicri-şəmsi ilində Ramazan ayında, oruc ağız və xalis niyyət ilə həmin məşhur azanı kamil bir şəkildə "bəyat tükr" dəstgahı üzərində oxudu.
Rəhim Müəzzinzadə 1374-cü hicri-şəmsi ilində "xərçəng" xəstəliyinə tutuldu. 1384-cü ildə vəziyyəti ağırlaşdı. Həmin il keçmiş arzusuna çatmaq üçün Həcc səfərinə yola düşdü. Həcc səfərindən qayıtdıqdan sonra 1384-cü ilin Xordad ayının 5-də (27 İyul 2005) vəfat etdi.
Baxmayaraq ki, İranın incəsənət əhli, dini və mədəni cəmiyyəti bu İlahi neməti itirdilər. Amma onun Azan deməkdə yaratdığı şah əsər incəsənət aləmində yaşayacaq və həmişə İran xalqının mənəvi fəzasını zinətləndirəcəkdir.
Qeyd edək ki, 1383-cü hicri-şəmi ilinin Beynəlxalq Quran Sərgisində mərhum Şeyx Rəhim Müəzzinzadəyə dinin təbliği sahəsində göstərdikləri xidmətlərinə görə "Quran Xadimi" adına layiq görülmüşdür. /3911722