IQNA

Misrdə təkcə bir məsciddə Qurban bayramı namazı qılınacaq

9:26 - July 24, 2020
Xəbər sayı: 3487716
Tehran (IQNA) -  Misrin koronavirus böhranının ali idarəetmə komitəsi Qurban bayramı namazının təkcə bir məsciddə məhdud sayda namazqılan, xütbə və təkbirlərlə qılınacağını elan edib.

Bu barədə Misrin koronavirus böhranının ali idarəetmə komitəsinin həftənin Çərşənbə günü (22 İyul 2020) baş nazir Mustafa Mədbulinin iştirakı ilə keçirdiyi iclasda qərar verilib.

Komitənin qərarına əsasən Qurban bayramı namazı Qahirənin "Seyyidə Nəfisə" məscdində Misrin İslami Fondlar Nazirliyinin Məscidlərin İşi İdarəsinin əməkdaşlarından 20 nəfərin iştirakı ilə qılınacaq.

Koronavirusa qarşı sanitariya şərtlərinə uyğun şəkildə qılınacaq Qurban bayramı namazı televiziya vasitəsi ilə bütün ölkədə birbaşa yayımlanacaq.

əl-Əzhər İslam Mərkəzinin şeyxi Əhməd Təyyib elan edib ki, Qurban bayramı namazı evdə və xütbələr oxunmadan qılına bilər.  

Misrin əl-Əzhər İslam Mərkəzinin elmi heyəti bəyaniyyə yayaraq bildirib ki, İslam dinində ən əhəmiyyətli məsələ insanların canını təhlükədən qorumaqdır.

Qeyd edək ki, İyulun 22-dək Misrdə koronavirusa yoluxanların sayı 89 min 745 nəfər, ölənlərin sayı 4 min 440 nəfər və sağalanların sayı 30 min 75 nəfər olub. /3912125

captcha