Məşhəd şəhərindəki İmam Rzanın (ə) mütəhhər hərəmində İmam Baqirin (s.ə) müsibətli şəhadətinin növbəti ildönümünün gəlişi münasibətilə matəm hazırlığı işləri görülüb.
Maide.Az xəbər verir ki, hərəminin günbəzilə yanaşı, bütün minarələri, sütunlu dəhlizləri və meydanlarına da qara parçalara yazılmış dualar və şüarlar asılıb.
Məlumata görə, İmam Rzanın (ə) hərəmində İmam Baqirin (ə) şəhadəti münasibəti ilə xüsusi proqramlar təşkil olunacaq.
Belə ki, bu gecə şam və işa namazlarından sonra “Came Rəzəvi” eyvanında əza məclisi təşkil oluancaq.
Həmçinin sabah səhər saat 11:15-də də Qohərşad məscidinə xüsusi əza məclisi təşkil olunacaq, mərsiyələr oxunacaq.