IQNA

Kərbəla şəhəri tamamilə karantinə alındı

11:47 - July 29, 2020
Xəbər sayı: 3487763
Müqəddəs Kərbəla şəhərinin qubernatoru Nassif Xattab, koronavirusun yayılmasının qarşısının alınması üçün görülən profilaktik tədbirlər çərçivəsində bu gecə vilayətdə tam karantin olduğunu elan edib.

İraqın müqəddəs Kərbəla şəhərinin qubernatoru Nassif Xattab, koronavirusun yayılmasının qarşısının alınması üçün görülən profilaktik tədbirlər çərçivəsində bu gecə vilayətdə tam karantin olduğunu elan edib.

Xəttab açıqlamasında bildirib ki, Kərbəla vilayətindəki bütün nəzarət məntəqələri tamamilə bağlanacaq. Ali Milli Səhiyyə Komissiyasının qərarına əsasən, bu ayın 30-dan avqustun 9-dək əyalətdə nəqliyyatın hərəkəti tamamilə qadağan ediləcək.

O, həmçinin qeyd edib ki, şəhərin qapıları Ərəfə və Qurban Bayramı günlərində zəvvarlar üçün bağlanıb.   Hər il İraqın daxilindən və xaricindən minlərlə insan Kərbəlada Ərəfə günü İmam Hüseyni ziyarət edirdi.  /3913515

captcha