IQNA

Efiopiyada nadir İslami əlyazma nüsxələr toplanılır – FOTO

22:20 - July 29, 2020
Xəbər sayı: 3487771
Tehran (IQNA) -  Efiopiyalı əlyazma nüsxələr araşdırmaçısı Həsən Məhəmməd Kav İslam və Ərəb mədəniyyətinə aid olan nadir əlyazma nüsxələri toplamaqla məşğuldur.

"Efiopiya İslam və Ərəb mədəniyyətinə aid qədim əlyazma nüsxələr mövcuddur. Tarixi miladın 14-cü əsrlərinədək gedib çıxan bu nüsxələr Afrika Buynuzunun Ərəb və İslam dünyası ilə dərin əlaqələrinin göstəricisidir" – deyə Həsən Məhəmməd Kav açıqlama verib.

O əlavə edib: Efiopiya (Həbəşistan) Həzrət İslam Peyğəmbərinin (s) mühacir səhabələrini qəbul edən ilk ölkə olub. Buna görə də Efiopiya İslami əsərlər xəzinəsi ilə zəngindir. Bu əsərlərdən bəziləri Addis-Ababanın "Bilah" muzeyində saxlanılır.

Addis-Ababa universitetində çıxış edən araşdırmaçı vurğulayıb: Efiopiyanın müxtəlif bölgələrində İslam mədəniyyətinə aid aztılan və nadir əlyazma nüsxələr mövcuddur. Bu əsərlərin əksəriyyəti Ərəb dilindədir.     

O bildirib: Qədim dövrlərdə Efiopiyanın müsəlman alimləri tibb, astronomiya, dil və ədəbiyyat, Quran, təfsir, hədis və fihqi elmləri dəri üzərində özləri kitabət edirdilər. Bu əlyazmalar Ərəb dilindən əlavə yerli xalqın danışdığı digər 11 dili də ehtiva edir.

Efiopiyalı əlyazma nüsxələr araşdırmaçısı Həsən Məhəmməd Kav vurğulayıb: Əlyazma nüsxələrin çoxu çap tarixindən öncəki əsrlərə aiddir. Onların çoxu İslam dini və şəriət elmləri barədədir. Bu nüsxələr göstərir ki, qədimdə Efiopiya ilə Yəmən və Misr kimi digər Ərəb ölkələri arasında sıx ticarət əlaqələri də olub.   /3912824

تهیه مجموعه نسخه‌های خطی کمیاب اسلامی توسط پژوهشگر اتیوپیایی +عکس

 
تهیه مجموعه نسخه‌های خطی کمیاب اسلامی توسط پژوهشگر اتیوپیایی +عکس
 
تهیه مجموعه نسخه‌های خطی کمیاب اسلامی توسط پژوهشگر اتیوپیایی +عکس
 
تهیه مجموعه نسخه‌های خطی کمیاب اسلامی توسط پژوهشگر اتیوپیایی +عکس
 
تهیه مجموعه نسخه‌های خطی کمیاب اسلامی توسط پژوهشگر اتیوپیایی +عکس
captcha