IQNA

Kəbəni ziyarət edən ilk britaniyalı xanım kim olub?

23:14 - August 01, 2020
Xəbər sayı: 3487788
Tehran (IQNA) -  Səudiyyə Ərəbistanın Məlik Əbdüləziz adına elmi araşdırmalar mərkəzi illər öncə ilk dəfə Britaniyadan Həcc ziyarətinə gələn qadının kimliyini barədə sənədi nəşr edib.

Bu mərkəzin sosial şəbəkə hesabında verilən məlumata görə, həmin xanım barədə məlumat və fotolar Cəddədən "Reuters" xəbər agentliyinin Qahirədəki ofisinə göndərilib.

İngiltərədən ilk dəfə Həcc səfərinə çıxan xanımın adı Evelyn Kabold (Cobbold) olub.

O, 1933-cü ildə indikinin Şotlandiyanın paytaxtı və ikinci ən böyük şəhəri Edinburqdan Həcc səfərinə ezam olunub.  

Müsəlman olandan sonra özünü Zeynəb adlandıran Evelyn Kabold 1867-ci ildə dünyaya gəlib.

O, Viktoriya aristokratları (zadəganlar) ailəsinin son üzvlərindən biri olub.

65 yaşında müsəlmanlığı və İslam dinini qəbul edən bu xanım Həcc ayinlərini yerinə yetirən ilk qərblidir.

Evelyn Kabold (Zeynəb) öz Həcc səfəri xatirələrini öz dövrünün çox satılan kitablarından biri olan "Pilgrimage to Mecca" (Məkkə ziyarətləri) kitabında yazıb.

O, 1963-cü ildə 96 yaşında vəfat edib. Vəsiyyətinə əsasən onu Şotlandiyada dəfn ediblər. Qəbirinin üzərinə

 الله نور السماوات والارض

"Allah göylərin və yerlərin nurudur" yazılıb.

نخستین بانوی حج‌گزار بریتانیایی که بود

Xatirələrində yazdığına görə, onun müsəlman olmasına səbəb uşaqlığının Əlcəzayir və Qahirədə müsəlman dayələrin yanında keçməsi olub.

"Mən uşaqlığımından özümü müsəlman hiss edirdim. Amma ilk dəfə bu əqidəmi Rumda Papa ilə görüşümdə açıqladım. Bu görüşə dostlarımla getmişdim. Papa ilə görüşəndə həyacanlı idim. Birdən o məndən soruşdu: "Katoliksən?"

Mən tez cavab verə bilmədim. Bir az sonra dedim: "mən müsəlmanam".

Bilmirəm hansı güc mənə hakim kəsilmişdi. Çünki illər idi İslam barədə düşünməmişdim. Amma bu məsələ yenidən iman və məzhəb barədə araşdırma aparmağım üçün qığılcım oldu".   /3913356

captcha