IQNA

Zəvvarlar Vida təfavı ediblər və Həcc mərasimi başa çatıb

11:27 - August 03, 2020
Xəbər sayı: 3487800
Tehran (IQNA) - Səudiyyə Ərəbistanı bu il (2020 / 1441 hq) koronavirus fonunda keçirilən həcc mərasiminin bitdiyini elan edib. Hacılar Məkkəni tərk etməzdən öncə vida təvafı yerinə yetiriblər.
Ötən gün Vida təvafının yerinə yetirilməsilə bu ilin həcc mərasimi daha tez bitib. 
Sədiyyə Ərəbistanın Səhiyyə Nazirliyi bu ilin həcc mərasimində koronavirusa heç bir yoluxma halının olmadığını bəyan edib.
Qeyd edək ki, bu ilin həcc mərasimi izdiham baxımından müasir dövrdə ən kiçik hesab edilir. Bu il 10 minə qədər hacı mərasimə qatılıb ki, onların böyük əksəriyyəti də ölkə vətəndaşları və Ərəbistanda məskunlaşan xarici vətəndaşlardır.

kod
 
captcha