IQNA

İran Xarici İşlər Nazirliyinin sözçüsü Beyrutdakı partlayışa münasibət bildirib

9:01 - August 05, 2020
Xəbər sayı: 3487812
XİN sözçüsü İran İslam Respublikası xalqı və hökuməti adından Livan xalqı və hökumətinə başsağlığı verərək, ölkəmizin Livanlı qardaş və bacılarına kömək etməyə hazır olduğunu vurğulayıb.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü, yüzlərlə insanın ölümünə və yaralanmasına səbəb olan Beyrutda meydana gələn güclü partlayışın təəssüfləndrici və nigaran edici olduğunu bildirərək deyib: "Biz bu hadisəni və onun xəbərlərini böyük kədərlə izləyirik."

Seyid Abbas Musavi, İran İslam Respublikası xalqı və hökuməti adından Livan xalqı və hökumətinə başsağlığı verərək, ölkəmizin Livanlı qardaş və bacılarına kömək etməyə hazır olduğunu vurğulayıb.

O həmçinin İran xalqı və hökumətinin Livan hökuməti və xalqı ilə bu çətin və ağır vəziyyətdə həmrəy olduğunu da vurğulayıb.

/3914738

captcha