IQNA

İtaliyalı səyyah XVI əsrdə casusluq məqsədi ilə Həcc səfərinə ezam edilib

10:10 - August 09, 2020
Xəbər sayı: 3487845
Tehran (IQNA) - Ludovik casusluq misyasına Dəməşqdən başlayır. O, Yusif adı ilə Misrin Dəməşqdəki hərbi düşərgələrindən birində krallığın Paramilitar Silahlı Qüvvələrinin sıralarına daxil olur.

Tehran (IQNA) -  Həcc mərasimi həmişə müsəlmanların ən böyük dini toplantısı kimi dünyanın diqqət mərkəzində olub və bir çoxları bu ayinlə yaxından tanış olmağa çalışıblar.

Bu baxımdan həmişə Şərq dünyasını müstəmləkə etmək üçün çalışan Qərb də müsəlmanların vəhdət simvolu olan Həcc mərasiminə biganə qalmayıb və bu barədə araşdırmalar aparıb, Həcc ayinlərinin müsəlmanların həyatına və dolayısı ilə də dünyaya qoyduğu təsisi azaltmağa çalışıb.

Qərb ölkələri Həcc səfərlərinə öz şərqşünaslarını müsəlman geyimində casus olaraq göndərib. Onlar Həcc ayinlərinin bütün əməllərini və müsəlmanların hərəkətlərni diqqətlə izləyib və bu barədə səfərnamə və xatirlərini yazıblar.

Məkkə və Mədinəni ziyarət edən ilk qeyri-müsəlmanlardan biri də İtaliyanın Boliviya şəhərindən olan səyyah Ludovik Vartma (Ludovico di Varthema) olmuşdur.

O, 1502-ci ildə Avropadan Misrə səfər edir. 1503-cü ilin əvvəllərində İskəndəriyyə şəhərinə çatır. Oradan isə Qahirə, Beyrut, Tropili, Hələb və Dəməşq şəhərlərinə səfər edir.

Ludovik casusluq misyasına Dəməşqdən başlayır. O, Yusif adı ilə Misrin Dəməşqdəki hərbi düşərgələrindən birində krallığın  Paramilitar Silahlı Qüvvələrinin sıralarına daxil olur.

Yusif (Ludovik) 1503-cü ilin Həcc mövsümündə krallıq tərəfindən ziyarət karvanlarının mühafizləri bölüyündə Məkkə və Mədinəyə səfər edir.

Nəticədə bir neçə il müsəlmanlarla yaşayan və Ərəb dilini yaxşı bilən Ludovik özünə saxta müsəlman kimlik düzəldərək hacıların karvanı ilə Məkkə və Mədinə ziyarətgahlarına girməyi bacarır.

O, səfərnaməsində (xatirələr kitabı) müsəlmanların müqəddəs şəhərlərindəki ayinlərini və yaşam tərzlərini dəqiqliklə vəsf edib. Onun yazdıqlarının ən kiçik xırdalıqları belə sonrakı şərqşünaslar tərəfindən təsdiqlənib. /3914196

captcha