IQNA

Həzrət Abbasın (ə) hərəminin təmir və yenilənmədən sonra açılışı oldu - FOTO

23:07 - August 14, 2020
Xəbər sayı: 3487884
Həzrət Abbasın (ə) hərəmininQiblə qapısının daxildən restavrasiya edilməsi, həmçinin Böyük Qızıl Eyvanın divarlarının möhkəmləndirilməsi və yenilənməsi layihəsi başa çatdırıldıqdan sonra açılışı olub.
Qədir Xum bayramı günü təşkil edilən açılış mərasimi Həzrət Əbülfəzl Abbasın (ə) pak hərəminin qəyyumu Ayətullah Əhməd Əl-Safi, müqəddəs ziyarətgahın baş katibi Muhəmməd Əl-Aşikar, onun müavinləri və bir sıra inzibati şura üzvləri və Kərbəla meri Nasif Cassim Əl-Xəttabinin iştirakı ilə edilib.
Proqram Qurani-Kərimdən ayələrin tilavəti ilə başlayıb, daha sonra müqəddəs ziyarətgahın dini qəyyumluq idarəsinin başçısı Seyid Adnan Əl-Musavi bu iki uğurlu layihə haqqında danışıb. Bundan sonra birinci layihə, yəni Bab Əl-Qiblənin açılışı edilib, Həzrəti Abbasın (ə) müqəddəs türbəsini içəridən və İslam naxışları və motivləri ilə bəzəyən ikinci layihə, yəni Böyük Qızıl Eyvanın açılışı olub.
 
Müqəddəs ziyarətgahın mühəndislik layihələri şöbəsinin müdiri mühəndis Məcid Əl-Saiq belə bir açıqlama verib: “Bu iki layihənin və indiki şərtlər daxilində işlərin tamamlanması İraq səlahiyyətlərinin bu cür layihələri həyata keçirmə qabiliyyətini təsdiq etdi. Bunların hər ikisində qədim irsin orijinallığı qorunub saxlanıldı və müasirlik əlavə edildi” /maide.az/
 
 
 
 
 
 
captcha