Eastnews.org-un verdiyi xəbərə görə, Hindistanın Cammu Kəşmir bölgəsində təhlükəsizlik qüvvələri və müstəqillik tərəfdarı olan üsyançılar arasında baş verən qarşıdurmada 3 təhlükəsizlik işçisi ölüb.
NDTV kanalındakı xəbərə görə, Baramulla bölgəsində təhlükəsizlik qüvvələri ilə üsyançılar arasında qarşıdurma baş verib. Münaqişədə 2 hind hərbçisi və 1 polis ölüb.
Bu son bir həftə ərzində bölgədəki üçüncü münaqişə olub. Qeyd edək ki, avqustun 12-də və 14-də Srinaqarda baş verən qarşıdurmalar zamanı 2 təhlükəsizlik işçisi öldürülmüş, 2-si isə yaralanmışdı.
Mənbə: Eastnews.org