IQNA

Məsum imamların sirəsində İmam Hüseynə (ə) əzadarlıq-4: Şairləri mərsiyə yazmağa təşviq etmək

22:45 - August 22, 2020
Xəbər sayı: 3487947
Bir çox Quran ayələrində tarixin seçilmiş şəxsiyyətlərinin, onların ibrətamiz sərgüzəştlərinin xatırladılması və söylənilməsinə təkid olunmuşdur və bu məsələni məsumlar müxtəlif yollarla həyata keçirilmişdir.

İmam Hüseynin (ə) müsibətini nəzmə çəkən və onu məclislərdə oxuyan şairlərə məsum imamların (ə) xüsusi diqqət və qayğısı olurdu. Kumeyt Əsədi, Dibil Xüzai, Seyid Himyəri kimi şairlər “Əhli-beyt şairləri” adı, məsum imamların (ə) təşviqi ilə camaat arasında üstün ictimai mövqeyə sahib idilər.

İmam Sadiqin (ə) səhabələrindən olan Harun Məkfuf deyir: “O Həzrətin (ə) yanına getdiyimdə, buyurdu: “Mənim üçün mərsiyə oxu!” Onun üçün mərsiyə oxudum. Həzrət buyurdu:

لا، كَما تَنْشِدُونَ وَ كَما تَرْثِيهِ عِنْدَ قَبْرِهِ‌

“Bu cür oxumağını istəmirəm. O həzrətin (Hüseynin (ə)) qəbri kənarında oxuduğunuz mərsiyələr kimi oxuyun!” Mən də oxumağa başladım:

أُمْرُرُ عَلى‌ جَدَثِ الْحُسَيْنِ‌

فَقُلْ لَأَعْظُمِهِ الزَّكِيَّةِ

“İmam Hüseynin (ə) qəbri kənarından keç və onun pak sümüklərinə de... ”

Həzrətin ağlamasını gördükdə, sükut etdim, amma buyurdu: “Davam et, davam et!” Mən də davam etdim. Buyurdu ki, yenə də oxu! Mən də oxudum və bu beytə çatdım:

يا مَرْيَمُ قُومي وَانْدُبِي مَوْلاكِ‌

وَ عَلَى الْحُسَينِ فَاسْعَدي بِبُكاكِ‌

“Ey Məryəm! Qalx və öz rəhbərinə ah-nalə et və Hüseynə (ə) ağlamaqla nicat tələb et!”

Gördüm ki, İmam Sadiq (ə) yenidın ağladı və qadınlar şivən qopardı. Sakit olduqları zaman Həzrət buyurdu:

يا أَبا هارُونَ مَنْ أَنْشَدَ فِى الْحُسَيْنِ فَأَبْكى عَشْرَةً فَلَهُ الْجَنَّةُ

“Ey Əba Harun! Kim İmam Hüseynə (ə) ağlasa və on nəfəri ağlatsa, onun mükafatı Cənnətdir.” (“Biharul-ənvar”, c.44, səh.287; ”Aşura – Tarixin ən böyük qəhrəmanlıq salnaməsi”, Ayətullah Məkarim Şirazi, səh.53.)

Maide.az – Maarif bölümü

captcha