ABŞ-ın Nyu-York şəhərində İmam Hüseyn (ə) aşiqləri Məhərrəmlik münasibətilə bir araya gələrək, möhtəşəm bir yürüş keçiriblər.
Nyu-Yorkun Manhettan rayonunda bazar günü (23 avqust) keçən yürüşdə minlərlə Əhli-Beyt (ə) sevdalısı “Ləbbeykə ya Huseyn” deyərək, İmam Hüseyn (ə) günü mərasimini keçiriblər.
Hər il Aşura günündən əvvəlki bazar günü Nyu-Yorkda keçirilən bu mərasimə İran, Əfqanıstan, Pakistan, Hindistan, İraq və Livan kimi ölkələrdən minlərlə Əhli-Beyt (ə) sevdalısı qoşulur.