IQNA

İmam Hüseynin (ə) Məhəmməd Hənəfiyyəyə tarixi vəsiyyətnaməsi

22:57 - August 26, 2020
Xəbər sayı: 3487989
Mən təkəbbürlülük etmək, həddi aşmaq, fəsad törətmək və zülm etmək üçün yox, yalnız babamın ümmətini islah etmək üçün qiyam edirəm.
İmam Hüseynin (ə) Məhəmməd Hənəfiyyəyə tarixi vəsiyyətnaməsi
 
بِسْمِ اللَّهِ الرَّحْمنِ الرَّحِيمِ هَذَا مَا أَوْصَى بِهِ الْحُسَيْنُ بْنُ عَلِيِّ بْنِ أَبِی طَالِبٍ إِلَى أَخِيهِ مُحَمَّدٍ الْمَعْرُوفِ بِابْنِ الْحَنَفِيَّةِ أَنَّ الْحُسَيْنَ يَشْهَدُ أَنْ لَا إِلَهَ إِلَّا اللَّهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ وَ أَنَّ مُحَمَّداً عَبْدُهُ وَ رَسُولُهُ جَاءَ بِالْحَقِّ مِنْ عِنْدِ الْحَقِّ وَ أَنَّ الْجَنَّةَ وَ النَّارَ حَقٌّ وَ أَنَّ السَّاعَةَ آتِيَةٌ لا رَيْبَ فِيها وَ أَنَّ اللَّهَ يَبْعَثُ مَنْ فِی الْقُبُورِ وَ أَنِّی لَمْ أَخْرُجْ أَشِراً وَ لَا بَطِراً وَ لَا مُفْسِداً وَ لَا ظَالِماً وَ إِنَّمَا خَرَجْتُ لِطَلَبِ الْإِصْلَاحِ فِی أُمَّةِ جَدِّی أُرِيدُ أَنْ آمُرَ بِالْمَعْرُوفِ وَ أَنْهَى عَنِ الْمُنْكَرِ وَ أَسِيرَ بِسِيرَةِ جَدِّی وَ أَبِي‏ عَلِيِّ بْنِ أَبِی طَالِبٍ ع فَمَنْ قَبِلَنِی بِقَبُولِ الْحَقِّ فَاللَّهُ أَوْلَى بِالْحَقِّ وَ مَنْ رَدَّ عَلَيَّ هَذَا أَصْبِرُ حَتَّى يَقْضِيَ اللَّهُ بَيْنِی وَ بَيْنَ الْقَوْمِ بِالْحَقِّ وَ هُوَ خَيْرُ الْحاكِمِينَ وَ هَذِهِ وَصِيَّتِی يَا أَخِی إِلَيْكَ وَ ما تَوْفِيقِی إِلَّا بِاللَّهِ عَلَيْهِ تَوَكَّلْتُ وَ إِلَيْهِ أُنِيبُ 
 
“Bağışlayan və mehriban Allahın adı ilə! Bu, Hüseyn ibn Əli ibn Əbutalibin (ə) İbn Hənəfiyyə kimi tanınan qardaşı Məhəmmədə vəsiyyətnaməsidir. Hüseyn şəhadət verir ki, şəriki olmayan yeganə Allahdan başqa bir məbud yoxdur və Muhəmməd (s) Onun bəndəsi və Onun tərəfindən haqq olaraq göndərildiyi elçisidir. Cənnət və Cəhənnəm haqdır. Şübhəsiz, Qiyamət günü gələcək və Allah-Taala qəbirlərdə olanları qaldıracaqdır. Mən təkəbbürlülük etmək, həddi aşmaq, fəsad törətmək və zülm etmək üçün yox, yalnız babamın ümmətini islah etmək üçün qiyam edirəm. Pislikdən çəkindirib yaxşılığa dəvət etmək, babamın və atam Əli ibn Əbutalibin (ə) sirəsinə uyğun hərəkət etmək istəyirəm. Kim mənim haqq sözümü qəbul etsə, Allah onu qəbul etməyə (və mükafatlandırmağa) daha layiqdir. Kim mənim dəvətimi rədd etsə, Allahın mənimlə bu camaat arasında haqq olaraq hökmünü gözləyəcəyəm. O, hökm edənlərin ən yaxşısıdır. Bu mənim sənə olan vəsiyyətimdir, ey qardaş! Mənim uğurum yalnız Allahdandır. Ona təvəkkül edirəm və dönüş yerim Ona tərəfdir.”
 
“Məqtəlul-Huseyn”, Xarəzmi, c.1, səh.188-189.
 

 

 

captcha