“Əhli-beytin (ə) Kəriməsi” ləqəbi ilə məşhur olan İmam Museyi-Kazımın (ə) qızı Həzrət Məsumənin (s.ə) müqəddəs ziyarətgahında Aşura günü matəm mərasimi minlərlə insanın iştirakı ilə sağlamlıq protokollarına tam riayət olunaraq keçirilib.
“Əhli-beytin (ə) Kəriməsi”ndəki Aşura günü matəm mərasimi höccətül-islam Momeni, Saddiq Vaizi, Darestani və Seyid Əli Hüseyni Necad, Əli Əkbər Hairi və Rza İzadinin iştirakı ilə keçirilib.
Bu axşam müqəddəs ziyarətgahda “Şami qəriban” mərasiminin də izdihamlı keçiriləcəyi gözlənilir.