IQNA

Banqladeşdə məscid partlayıb, 11 nəfər həyatını itirib

12:45 - September 05, 2020
Xəbər sayı: 3488050
Tehran (IQNA) -  Banqladeşin paytaxtı Dakka şəhəri yaxınlığındakı məscidin altından keçən qaz kəmərinin partlaması nəticəsində ondan çox namazqılan həyatını itirib.

Bu günə (Şənbə, 5 Sentyabr) olan məlumata əsasən, hadisə zamanı ölənlərdən biri azyaşlı uşaqdır.

Cümə gecəsi baş verən bu hadisədə (Sentyabr ayının 3-dən 4-ə keçən gecə) çox sayda namazqılan yaralanıb. Onlardan bəzilərinin vəziyyəti ağırdır. Yaralılardan 37 nəfəri 90 faizdən çox yanmaq diaqnozu ilə xəstəxanaya çatdırılıb.  

Yerli polis qaynaqlarının verdiyi məlumata görə, müsəlmanlar Narayanganc rayonunun "Beytus-Salat" məscidində namaz qılmağa məşğul ikən məscidin altından keçən qaz borusu partlayıb.

Banqladeşin fövqəlhadə hallar nazirliyinin əməkdaşları hadisə barədə araşdırma aparır.  /3920924

captcha