IQNA

İraq Səhiyyə Nazirliyinin sözçüsü:

Ərbəində digər ölkələrdən zəvvarların İraqa girişi qadağandır

10:47 - September 08, 2020
Xəbər sayı: 3488067
Koronavirusla Mübarizə Qərargahının qərarına əsasən, Ərbəində əcnəbi zəvvarların ölkəyə girişi qadağandır və Ərbəin günlərində sərhədlərin açılması ilə bağlı  heç bir yeni qərar qəbul olunmayıb.  
Beynəlxalq Xəbər Agenliyi (İQNA) Maide.Az-a istinadla xəbər verir ki, bunu İraqın Səhiyyə Nazirliyinin sözçüsü  Yusif Əl-Bədr İRNA-a ekskluziv müsahibəsində deyib. 
 
Y. Əl-Bədr qeyd edib ki, ötən gün baş nazir Mustafa Əl-Kaziminin başçılığı ilə  Koronavirusla Mübarizə Qərargahının  iclası keçirilib və iclasda bu haqda qərar qəbul olunub. “Pandemiyanın geniş yayılmasının qarşını almaq məqsədilə sərhədlərin açılması və əcnəbi zəvvarların qəbul edilməsi qadağandır. Sərhədlərdən çox məhdud şəkildə ticarət mübadiləsinə icazə verilir.Buda İraq xalqının  gündəli ərzaq tələbatını  təmin etmək məqsədilədir.”  
 
Hər il İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin 40 mərasimi - Ərbəin münasibətilə milyonlarla müsəlman Kərbəla şəhərinə piyada yürüş edir.
 
Ötən il 20 milyon insanın bu izdihamlı mərasimdə iştirak etdiyi bildirilir. Bu il Ərbəin miladi təqvim ilə 08 oktybar tarixinə təsadüf edir.
 
Zəvvarlar Nəcəf - Kərbəla istiqamətində olan təxminən 80 km-lik yolu piyada qət edərək ziyarətə gedirlər.
 
captcha