İran İslam Respublikasının prezidenti Dr. Həsən Ruhani bu gün səhər saatlarında sərbəst bölgələrdə milli investisiya planlarının açılış mərasimində iştirak edib.
BƏƏ-İsrail normallaşma sazişinİ tənqid edən Ruhani "Bu gün həssas bir vəziyyətdəyik. Bir tərəfdən sionistlər Fələstinə daha həssas davranmalı olan bölgəmizdəki müsəlman və ərəb ölkələrini aldadırlar. Digər tərəfdən bəzi jurnallar yenidən İslamı və peyğəmbərimizi (s.a.ə) təhqir edirlər", - deyə bildirib.
Ölkəsində istər İsrail rejiminin Fələstinə qarşı, istərsə də İslama qarşı hər cür konspirasiyaya həssas yanaşıldığını deyən Ruhani "İran milləti dünyaya məzlumları dəstəklədiyini və zorakılığa qarşı olduğunu elan edir", - deyə əlavə edib.