IQNA

İƏT Quranı təhqir edənlərin cəzalandırılmasını tələb etdi

23:45 - September 16, 2020
Xəbər sayı: 3488125
Tehran (IQNA)  - İslami Əməkdaşlıq Təşkilatı (İƏT) keçən ay İsveçdə Qurani-Kərimi yandıraraq təhqir edən cinayətkarların cəzalandırılmasını tələb edib.

Pakistanın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) nümayəndəsi Xəlil Haşimi ötən gün (15 Sentyabr 2020) İnsan Haqları Şurasının Cenevrədə keçirilən 25-ci ilcasında çıxış edib.

İslami Əməkdaşlıq Təşkilatının söçzüsü kimi çıxış edən Xəlil Haşimi keçən ay İsveçdə baş verən Quran yandırılması hadisəsinə işarə edərək vurğulayıb: "Əqidə azadlığı adı altında həyata keçirilən bu cinayəti izah edəcək bir şey yoxdur."

Xəlil Haşimi nümayəndəsi olduğu İƏT adından Quranı təhqir edən cinayətkarların məhkəməyə çıxarılması və cəzalandırılmasını istəyib.

Haşimi İƏT-nın Qərb ölkələrində İslam dini ilə düşmənçiliyin fonunda İslamofobiyanın geniş yayılmasından nigaran olduğunu bildirib. /3923319

captcha