Az.shafaqna.com “Al Jazeera”-ya istinadən xəbər verir ki, İsrail Şəqri Qüdsdə yerləşən məscidi sökəcək.
Söhbət Silvanda yerləşən 2012-ci ildə tikilmiş yüzlərlə insanın toplaşa bildiyi bin Əmr məscidindən gedir.
Son illər yəhudi mühacirlər Silvanda Əqsa məscidinin yaxınlığında yerləşən və fələstinlilərə aid olan onlarla evi ələ keçiriblər.
Fələstin rəhbərliyi məsələ ilə bağlı Ərəb Ölkələri Liqası (ƏÖL) və İslam Əməkdaşlığı Təşkilatına (İƏT) müraciət edib.