IQNA

Bu müsəlman ölkəsində hicab qadağası ləğv edilir

23:32 - September 17, 2020
Xəbər sayı: 3488128
Özbəkistanda yaxın zamanda ictimai yerlərdə hicabın taxılması ilə bağlı rəsmi qadağa ləğv edilə bilər. Bu barədə deputat Rəsul Kuşebayev bildirib.

Az.shafaqna.com “Sputnik Uzbekistan”-a istinadən xəbər verir ki, Özbəkistanda yaxın zamanda ictimai yerlərdə hicabın taxılması ilə bağlı rəsmi qadağa ləğv edilə bilər.

Bu barədə deputat Rəsul Kuşebayev bildirib.

Qanunverici palata ilk oxunmada “Vicdan azadlığı və dini təşkilatlara dair” qanuna dəyişikliklər və əlavələrin edilməsini qəbul edib. Yeniliklər vətəndaşların ictimai yerlərdə dini geyimlə hərəkətinə olan qadağanın ləğvini də nəzərdə tutur.

Hicabla bağlı qanunla yanağı, bu dəyişikliklər də təklif edilir:

– Hər bir insanın dini təsisatlarda peşəkar təhsil almaq hüququ, həmçinin valideyn və ya qəyyumların öz övladlarını dini praktika və etiket qaydalarına öyrətmək hüququ (ev təhsili);

– Dini təşkilatların məsul şəxslərin hərəkətləri (hərəkətsizliyi) ilə bağlı məhkəməyə müraciəti zamanı onların dövlət rüsumunun ödənişindən azad edilməsi;

– Dini təşkilatların qeydiyyatı prosesində ictimaiyyətin iştirakının ləğvi;

– Yerli dini təşkilatın qeydiyyatı üçün lazım olan şəxslərin sayının 100-dən 50-yə salınması.

captcha