IQNA

İmam Rzanın (ə) hərəmində “Ərbəin Müntəzirləri” məclisi keçirildi

22:58 - September 19, 2020
Xəbər sayı: 3488146
Qüds Rəzəvi ostanının İran İslam Respublikasının səhnində keçirilən "İmam Hüseynin (ə) Ərbəin Müntəzirləri" toplantısına xuddamlar, zəvvarlar və İmam Rzanın (ə) hərəminə qonşu olanlar qatılıblar.

İmam Rzanın (ə) pak hərəmində Ərbəin Müntəzirləri məclisi keçirilib. Qüds Rəzəvi ostanının İran İslam Respublikasının səhnində keçirilən "İmam Hüseynin (ə) Ərbəin Müntəzirləri" toplantısına xuddamlar, zəvvarlar və İmam Rzanın (ə) hərəminə qonşu olanlar qatılıblar.

Qüds Rəzəvi ostanının qarilərindən olan Əli Əhmədi tərəfindən Allah kəlamının oxunması və Həzrət İmam Rzanın (ə) xüsusi dualarının oxunması ilə başlayan mərasimdə, Məşhəddəki İmam Hüseynin (ə) Ərbəin Xalq Qərargahının katibi Seyid Vahid Musavian çıxış edərək, İmam Rzanın (ə) pak hərəminin Ərbəin yürüşü üçün Kərbəla, Nəcəf, Samirra və Kazimeyndə keçən illərdəki fəaliyyətləri barədə bir hesabat təqdim edib.

Daha sonra çıxış edən İmamzadə Saleh (ə) ziyarətgahının qəyyumu höccətül-islam Ehsan Biazar Tehrani, Ərbəin əhəmiyyətinə toxunmaq üçün Həzrət Peyğəmbərdən (s) “Allah Hüseyni (ə) sevəni sevir” hədisini və İmam Rzadan (ə) “Qiyamət günü bəndələrdən ilk sual Əhli-beytə (ə) olan sevgi və məhəbbətdir” hədislərini söyləyərək, belə deyib: “Buna görə dinin çöhrəsi Allah sevgisidir. Bu rəvayəti anlamaqla insan Həzrət Seyyidüş-Şühədanın (ə) böyüklüyünü dərk edə bilər.

Aşura günü Həzrət Seyyidüş-Şühəda (ə) və yoldaşları Allah məktəbini izləyən ən yüksək sevgini göstərdilər. İmam Hüseyn (ə) bütün varlığını Allah üçün qurban verdi, bu səbəbdən sevginin ən yüksək həddi İmam Hüseyndir (ə)”.

O, çıxışının başqa bir hissəsində belə deyib: “Ərbəin yürüşü İmam Hüseynin (ə) əzəmətini daha yaxşı anlamaq üçündür, ona görə də bu yolda İmam Hüseyni (ə) nə qədər çox seviriksə, İmama (ə) da o qədər çox borclu oluruq”.

Höccətül-islam Ehsan Biazar Tehrani Ərbəin yürüşünün koronavirusa görə bağlandığını, ancaq sevgiyə aparan yolun bağlanmadığına diqqət çəkərək, bunları tövsiyə edib: “Hər il Ərbəində Həzrət Əba Abdullah Əl-Hüseyni (ə) zəvvarlarına xidmət etmək üçün aktiv olan alaylar bu il bir-birlərinin ətrafına toplanmalı və imkanlarını cəmiyyətin insanlarının dolanışıq, mənzil, evlilik, cehiz və s. kimi problemlərini aradan qaldırmaq üçün istifadə etməlidirlər.

İnşaAllah, Həzrət Seyidüş-Şühədanın (ə.s) eşqi ilə, ölkənin hər yerindəki Ərbəin yürüşçüləri bu il İmam Hüseynin (ə) Ərbəinində eyni qəlblə döyünən bir İran quracaqlar”.

Teqlər: İmam rza ، məşhəd
captcha