IQNA

Bəhreynlilər ölkələrinin İsraillə yaxınlaşmasına etiraz etdi

10:09 - September 20, 2020
Xəbər sayı: 3488152
Bəhreyn sakinləri ölkələrinin İsraillə münasibətlərin normallaşdırılması sazişinə qarşı etiraz aksiyası keçiriblər.

Bəhreyn sakinləri ölkələrinin İsraillə münasibətlərin normallaşdırılması sazişinə qarşı etiraz aksiyası keçiriblər.

Etirazçılar əllərində Fələstin və Bəhreyn bayraqları tutaraq paytaxt Manama yaxınlığındakı Əbu Səyba qəsəbəsində toplaşaraq hakimiyyətin dəyişməsini tələb ediblər.

Aksiya iştirakçıları Manamanın mərkəzinə doğru hərəkət edərək “Normallaşma – xəyanətdir” kimi şüarlar səsləndiriblər. /3923932

captcha