IQNA

Kərbəlada beynəlxalq Ərbəin ziyarəti konfransı keçiriləcək

7:14 - September 22, 2020
Xəbər sayı: 3488161
Tehran (IQNA)  - İraqın Kərbəla şəhərində Həzrət İmam Hüseyn (ə) hərəminin təşəbbüsü ilə "Beynəlxalq Ərəbin ziyarəti elmi konfransı" keçiriləcək.

Tehran (IQNA)  - İraqın Kərbəla şəhərində Həzrət İmam Hüseyn (ə) hərəminin təşəbbüsü ilə "Beynəlxalq Ərəbin ziyarəti elmi konfransı" keçiriləcək.

Hər il keçirilən və sayca 4-cü olan bu konfransa cari ildə koronavirus pandemiyasının yayılması səbəbi ilə virtual şəkildə keçiriləcək.

"Cavanlar, Ərəbin ziyarəti və özünü islah" devizi ilə keçiriləcək bu konfrans öncəsi Kərbəla Dini Araşdırmalar Mərkəzi tərəfindən konfransın mövzusu ilə əlaqədar elmi toplantı keçirilib.

Kərbəla Dini Araşdırmalar Mərkəzinin rəisi Əbdüləmir əl-Qüreyşi elmi toplantıda deyib: Beynəlxalq Ərbəin ziyarəti konfransından öncə Ərbəin ziyarəti fəaliyyətləri ilə bağlı müxtəlif elmi seminar, toplantı və sərgilər təşkil ediləcək. Bunun üçün altı ay öncədən lazım olan tədbirlər görülüb. Koronavirus pandemiyası səbəbi ilə bu ilki proqramların hamısı virtual və sosial şəbəkələr üzərindən həyata keçiriləcək.

Əbdüləmir əl-Qüreyşi əlavə edib: Bu il konfransda Livan, Səudiyyə Ərəbistanı, Tunis, Suriya, Küveyt və Mavritaniyadan 14 mütəfəkkir və araşdırmaçı iştirak edəcək. "İmam Hüseyn (ə) xristian düşüncəsində" kitabının müəllifi və xrisitan yepiskopu Antuan Bara isə konfransın xüsusi qonağıdır.

əl-Qüreyşinin sözlərinə görə, indiyədək konfrasa 25 elmi məqalə İraqlı araşdırmaçılar və 14 məqalə isə xarici araşdırmaçılar tərəfindən İngilis dilində göndərilmişdir.

Üç gün keçiriləcək bu konfransı sosial şəbəkələr üzərindən izləmək mümkün olacaq. /3924323

captcha