IQNA

'Dünya Müsəlman Alimlər Birliyi ' baş katibi BƏƏ və Bəhreyni tənqid etdi

14:36 - September 22, 2020
Xəbər sayı: 3488164
"Dünya Müsəlman Alimlər Birliyi" baş katibi Əli əl-Qaradaği İsrail rejimi ilə diplomatik münasibətləri normallaşdıran dövlətləri yenidən tənqid edib.

"Dünya Müsəlman Alimlər Birliyi" baş katibi Əli əl-Qaradaği İsrail rejimi ilə diplomatik münasibətləri normallaşdıran dövlətləri yenidən tənqid edib.  

Əli əl-Qaradaği açıqlamasında bildirib ki, Fələstin xalqına dəstək olmaq bütün müsəlmanların vəzifələridir.  
"İsrail ilə münasibətləri normallaşdırmaq İslam dəyərlərinə ziddir. İsrail müsəlman torpaqlarını işğal edib", - deyə Əli əl-Qaradaği diqqətə çatdırıb.  
O qeyd edib ki, İsrail rejimi bölgədə öz nüfuzunu gücləndirmək üçün başqa addımlar da atacaq. / eastnews/
captcha