IQNA

Tehranda "Üç Yaşlı Hüseynçilər" toplantısı keçiriləcək

15:52 - September 22, 2020
Xəbər sayı: 3488166
Tehran (IQNA)  - Həzrət İmam Hüseynin (ə) Şamın xarabasında şəhid olan üç yaşlı qızı Həzrət Rüqəyyənin (s) şəhadəti günü münasibəti ilə "Üç Yaşlı Hüseynçilər" toplantısı keçiriləcək.

İran İslam Respublikasının paytaxtı Tehranın İmam Hüseyn (ə) meydanında keçiriləcək bu mərasimdə sanitariya protokollarına riayət emək, fiziki fasiləni qorumaq və maska taxmaq şərti ilə məhdud şəkildə insan iştirak edəcək.

Həzrət Rüqəyyənin (ə) xatirəsinə keçiriləcək bu mərasimdə Tehranın BƏSİC təşkilatı, İslam Döyüşçüləri heyəti, Media Bəsic Təşkilatı, İctimai Birliklər, Mədəniyyət və İncəsənət təşkilatları iştirak edəcəklər.

Bu mərasim sabah, həftənin Çaharşənbə günü, Sentyabr ayının 22-də, Tehran vaxtı ilə saat 14:00-da ana və uşaqların simvolik iştirakı ilə keçiriləcək.

Mərasimdə Höccətul-İslam vəl-müslimin uşaqlar üçün müxtəlif proqramlar icra edəcək. Mərasim Kərbəlanın 3 yaşlı şəhidi Həzrət Rüqəyyənin (s) əzadarlıq mərasimi ilə başa çatacaq.

Qeyd edək ki, bu mərasim hər il Həzrət Rüqəyyənin (s) şəhadəti günü İranda və bir sıra müsəlman ölkələrində uşaq və yeniyetmələrin iştirakı ilə izdihamlı şəkildə keçirilir. /3924449

captcha