IQNA

Misrin müftisi: Kilsə tikmək şəri baxımdan caizdir

10:52 - September 23, 2020
Xəbər sayı: 3488177
Tehran (IQNA)  - Misr respublikasının baş müftisi Şövqi Əllam bu ölkədə dövlət tərəfindən kilsə tikilməsinin şəri baxımdan icazəli olduğunu elan edib.

Misr respublikasının baş müftisi Şövqi Əllam bu ölkədə dövlət tərəfindən kilsə tikilməsinin şəri baxımdan icazəli olduğunu elan edib.

"əl-Vəfd"in verdiyi məlumata görə, Misrin baş müftisi Şövqi Əllam televiziya çıxışında deyib: İslam telorant və sülhsevər dindir. İslam prinsipləri hamını sülhə və sabitliyə dəvət edir.

O əlavə edib: İslam dini heç kimi müsəlman olmağa məcbur etmir. Hər kəs öz dini və adətləri üzərə yaşamağa icazə verib. Hətta İslam peyğəmbəri (s) bir dəfə bir qrup xristiyana Mədinə məscidində dini mərasimlərini yerinə yetirmək icazəsi vermişdi.

Müfti bu barədə verdiyi fətvasını belə açıqlayıb: İslam dini digər dinləri qəbul edir və onlara öz ayinlərini yerinə yetirməyə icazə verirsə, deməli, onların ibadət ocağı yoxdursa və ya dağılıbsa, tikilməyinə və təmir edilməyinə də icazə verir. Müsəlmanlar İslamın ilk əsirlərindən tarix boyu bu məsələdə diqqətli olublar.

O, bir qrup fəqihlərin müsəlman torpaqlarında kilsə tikilməsinə icazə verməməsinə də münasibət bildirərək deyib: Həmin hökmlər o zamanın ictimai şəraitinə uyğun olub və bütün zamanlar üçün keçərli deyil.

Şövqi Əllam sonda vurğulayıb: Misr respublikasının qanunlarına əsasən bu ölkədə kilsə tikdirməyin heç bir problemi yoxdur və caizdir.  /3924713

Teqlər: şövqi ، əllam ، misr ، müfti ، kilsə tikdirmək
captcha