IQNA

İngiltərəli fotoqrafın ƏRBƏİN ziyarətindən xatirələri - VİDEO

0:12 - September 24, 2020
Xəbər sayı: 3488180
Bu qızın adı Emili Garsveytdir, Londonda yaşayır, həvəskar fotoqrafdır və 25 yaşı var. O, beynəlxalq səviyyədə humanitar məsələlər üzrə azad fəaliyyət göstərir. ƏRBƏİN mərasimində iştirak edib.

Bu qızın adı Emili Garsveytdir. (Emily Garthwaite) Londonda yaşayır, həvəskar fotoqrafdır və 25 yaşı var. O, beynəlxalq səviyyədə humanitar məsələlər üzrə azad fəaliyyət göstərir. Bir çox xarici ölkələrdə olub, müxtəlif mərasim və hadisələrdən şəkillər çəkib və beynəlxalq fotosərgilər təşkil edib.

IQNA-nın "Fotros Media" xəbər agentliyinə istinadla verdiyi məlumata görə, Emili İraqda ƏRBƏİN ziyarəti yürüşündə iştirak edib.

O, ƏRBƏİN piyada yürüşündan çoxlu şəkillər çəkib və sosial şəbəkələrdə paylaşıb.

Emili bu səfərdə xatirələrini ehtiva edən fotolardan "Qırxıncı gün" adlı sənədli film hazılayıb ki, yaxın günlərdə yayımlanacaq.

Emili bir müsahibəsində deyib: "Mənim üçün çox təəccüblüdür ki, ƏRBƏİN zəvvarlarının piyada qət etdikləri yolda və çox böyük bir hadisənin baş verdiyi bu mərasimi layiqincə işıqlandıran heç bir xarici jurnalist və ya fotoqrafı görə bilmədim." /3924582    

kod

 

 

 

 

captcha