IQNA

Ümrə həcci qeydiyyatı üçün aplikasiya yaradıldı

0:38 - September 28, 2020
Xəbər sayı: 3488210
Tehran (IQNA)  - Səudiyyə dövləti koronavirus səbəbi ilə tətil edilmiş Həcc ziyarəti ayinlərinin, o cümlədən Ümrə həccinin məhdud şəkildə keçirilməsinə icazə verib.

Səudiyyə dövləti koronavirus səbəbi ilə tətil edilmiş Həcc ziyarəti ayinlərinin, o cümlədən Ümrə həccinin məhdud şəkildə keçirilməsinə icazə verib.

Bu qərarın ardınca Səudiyyə Ərəbistanın Həcc nazirliyi bu müqəddəs ayində iştirak etmək istəyənləri qeydiyyata almaq üçün mobil tətbiqetmə proqramı hazırlayıb.

Ümrə həccində iştirak etmək istəyən Səudiyyə vətəndaşları və ya bu ölkədə yaşayan xarici müsəlmanlar "Umrah" mobil aplikasiyasını yükləyərək qeydiyyatdan keçməlidirlər.

Bu aplikasiya artıq bir həftədir ki, istifadəçilərin ixtiyarına verilib.

Cari ilin Ümrə həcci altı min nəfər zəvvarın iştirakı ilə Oktyabr ayının 4-dən sanitariya protokolları çərçivəsində başlayacaq və dörd mərhələdə həyata keçiriləcək.  /3925812

 

Teqlər: Umrah ، aplikasiya ، mobil tətbiq ، həcc ، Ümrə
captcha