IQNA

'Böyük iyirmiliyin' toplaşacağı vaxt bəlli oldu

9:25 - September 28, 2020
Xəbər sayı: 3488213
“Böyük iyirmilik” ölkələri növbəti sammitin bu il onlayn formatda keçiriləcəyini bəyan ediblər. Bu barədə G-20-nin saytında məlumat verilib. Noyabrda keçiriləcək tədbirə Ərəbistdan sədrlik edəcək.
“Böyük iyirmilik” ölkələri növbəti sammitin bu il onlayn formatda keçiriləcəyini bəyan ediblər. Bu barədə G-20-nin saytında məlumat yer alıb. Tədbir noyabrda keçiriləcək. Orada sədr Səudiyyə Ərəbistanı olacaq.
“G20 liderlərinin sammiti noyabrın 21-22-də onlayn formatda, Əlahəzrət kral Salman ben Əbdül Əziz əl Səudun sədrliyi ilə keçiriləcək”, - məlumatda deyilir.
G20 - çox inkişaf etmiş və inkişafda olan ölkələrin hökumətləri və mərkəzi banklarının rəhbərlərinin klubudur. Ümumilikdə G20 dünyanın ümumi milli məhsulunun 85%-ni, dünya ticarətinin 75%-ni (Aİ daxilində ticarət də daxil olmaqla) və dünya əhalisinin üçdə ikisini ehtiva edir.
Kluba 20 milli iqtisadiyyat - ABŞ, Almaniya, Argentina, Avstraliya, Braziliya, Böyük Britaniya, İndoneziya, İtaliya, Hindistan, Kanada, Çin, Meksika, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə, Fransa, Cənubi Koreya, CAR, Yaponiya və Avropa Birliyi daxildir./maide.az/
 
Teqlər: G20 ، sammit
captcha