Molla Səbir Dostbal oğlu 1955-ci ildə Badkənd şəhərinin Zərdalu kəndində anadan olub. İlkin dini biliklərini atasından öyrəndikdən sonra 1971-ci ildə Qırğızıstanın məşhur din alimi Molla Şəmsüddin Bəşirovun və Molla Əbdüssəttarın yanında dini elmləri, o cümlədən fihq və kəlam elmini mənimsəmişdir.
Sonra isə Tacikistanın Asfara rayonunda məşhur qari Molla Əbdüssaminin yanında Ərəb dili, Fars dili, Cığatayı əlifbasını, hədis və Quran təfsirini öyrənmişdir.
O, 1979-1989-cu illərdə uşaqların dini maariflənməsi sahəsində fəaliyyət göstərmişdir. 1989-cu ildən sonra Buxaranın Mirabad dini mədrəsəsində dini elmləri tədris etməyə başlamışdır.
Molla Səbir 1993-cü ildə Qırğızıstanın Bişkek şəhərinə gəlmiş və burada "Akaşa" və "Nur İslam" mədrəsələrini təsis etmişdir.
Həmin illərdə Qırğızıstanın Milli Elmlər Akademiyasının nəzdində dini mütəxəssis kimi fəaliyyət göstərmişdir.
O, 1996-cı ildə Qırğızıstan müsəlmanların ikinci böyük qurultayının keçirilməsinə sədrlik etmişdir.
Bundan əlavə Qırğızıstanın Müfti Alimlər Şurasının üzvü, Fətva İdarəsinin rəisi, Qırğızıstanın müfti müavini və sair məsuliyyətlərdə çalışmışdır.
O, 2001-ci ildə "Rəsuli Əkrəm (s)" İslam institutunu təsis etmiş və 2016-cı ilədək bu dini mədrəsəyə müdirlik etmişdir.
Molla Səbir Dostbalov 2017-ci ildə Qırğızıstanın Müfti Alimlər Şurasının altıncı ilcasının üzvü olmuşdur.
O, mədəni sahədə fəaliyyət göstərən xeyriyyə cəmiyyəti yaradıb ki, bu vasitə ilə 7 Quran təlimi mərkəzini idarə edir.
O hazırda Qırğızıstan Alimlər Şurasının üzvü və İslam mədrəsəsinin müəllimidir. İndiyədək onlarla ilahiyyatçı şagird yetişdirmiş və müxtəlif kitablar yazmış və nəşr etmişdir. "Məcməut-Təvarix" və "Loğman həkimin nəsihətləri" kitablarını Farscadan Qırğızcaya tərcümə etmişdir. /3925766