IQNA

Qurana hörmətsizlik edən şəxs həbs edildi

7:27 - September 29, 2020
Xəbər sayı: 3488220
Tehran (IQNA) – Küveytdə sosial şəbəkələrdə paylaşılan videoda Qurani-Kərimə hörmətsizlik edən şəxs polis tərəfindən saxlanılıb.

Küveytdə sosial şəbəkələrdə paylaşılan videoda Qurani-Kərimə hörmətsizlik edən şəxs polis tərəfindən saxlanılıb.

Küveytin bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən bir şəxsin video görüntülərinin Quranı təhqir etdiyi halda paylaşılması müsəlmanların narahatçılığına və qəzəbli reaksiyasına səbəb olmuşdu.

Bu videonun yayılmasının ardınca Küveytin daxili işlər nazirliyi sosial şəbəkə hesabında bəyaniyyə yayaraq həmin asiyalı şəxsin təhlükəsizlik qüvvələri tərəfindən həbs edildiyini xəbər verib.

Bəyaniyyədə deyilir: Ölkə vətəndaşlarının dini dəyərlərini tapdalayan həmin şəxs həbs edilərək aidiyyatı üzrə qanuni orqanlara təhvil verilib.

Küveytin daxili işlər nazirliyi bəyaniyyədə ölkədə yaşayan bütün insanlardan əxlaqi və dini dəyərlərə sayqı ilə yanaşmağı tələb edib və bildirib ki, Allahı və İslam dininin müqəddəslərini təhqir edənlər cəzalandırılacaqlar. /3926063

 

Teqlər: küveyt ، quran ، din ، asiya ، təhqir ، hörmətsizlik
captcha