IQNA

İranın keçmiş səfiri: Dağlıq Qarabağ Azərbaycana qaytarılmalıdır

7:18 - September 30, 2020
Xəbər sayı: 3488230
O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixinə toxunaraq qeyd edib ki, bu bölgədə azərbaycanlılarla yanaşı, ermənilər də yaşayıb. Lakin Dağlıq Qarabağ həmişə Azərbaycanın ərazisi olub.

"Dağlıq Qarabağ nə müstəqi dövlət ola bilər, nə də Ermənistana biləşdirilə bilər."- bu sözləri İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin İRNA agentliyinə verdiyi müsahibəsində deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağın müstəqil olması və yaxud Ermənistana birləşdirilməsi regionun təhlükəsizliyi üçün təhdiddir.

O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixinə toxunaraq qeyd edib ki, bu bölgədə azərbaycanlılarla yanaşı, ermənilər də yaşayıb. Lakin Dağlıq Qarabağ həmişə Azərbaycanın ərazisi olub.

M.Pakayin diqqətə çatdırıb ki, indiki münaqişənin əsası Sovet İttifaqı dövründə yaranıb və respublikalar müstəqillik əldə etdikdən sonra qızışdırılıb. Dağlıq Qarabağ Azərbaycana qaytarılmalıdır. Lakin Ermənistan hakimiyyətdə olanlar bu münaqişədən siyasi məqsədləri üçün istifadə ediblər. Ermənistanda hakimiyyətdə olan qüvvələrin heç biri cəsarət edib bu torpaqların Azərbaycana qayıtmalı olduğunu dilə gətirə bilməyiblər. Onlar başa düşürlər ki, bu fikri ifadə etsələr hakimiyyəti itirəcəklər. Yəni hakimiyyətin opponentləri bundan istifadə edəcək. Bu fakt problemin uzanmasına səbəb olub.

O vurğulayıb ki, sonda Dağlıq Qarabağ Azərbaycana qaytarılacaq. /azərtac/

captcha