IQNA

Ayətullah Xameneinin nümayəndəsi: İran Qarabağ məsələsində Azərbaycanın yanındadır

10:30 - October 04, 2020
Xəbər sayı: 3488270
Bunu İranın İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xameneinin Azərbaycandakı nümayəndəsi höccətül-islam Seyid Ocaq Nicat deyib.

“Mən Ayətullah Xameneinin nümayəndəsi olaraq bildirirəm ki, İran Qarabağı Azərbaycanın torpağı bilir, oranın işğal edildiyini, işğal edənlərin isə təcavüzkar olduğunu bildirir. Təcavüz həmişə məhkum edilir. Qarabağın azad edilməsində ölənlər şəriət və dini höküm baxımından şəhiddirlər. Allah onlara rəhmət eləsin."

SalamNews xəbər verir ki, bunu İranın İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xameneinin Azərbaycandakı nümayəndəsi höccətül-islam Seyid Ocaq Nicat deyib.

Höccətül-islam Seyid Ocaq Nicat “Sahar” telekanalı vasitəsilə Qarabağda gedən döyüşlərlə bağlı verdiyi bəyanatında bildirib ki, İran bu məsələdə Azərbaycanın yanındadır.

"İran Azərbaycanın ərazibütövlüyünü dəstəkləyir. İran həmişə müharibənin əvvəlindən indiyə qədər Azərbaycanın yanında olub. İran bundan sonra da necə lazım olsa Azərbaycanın yanındadır", deyə höccətül-islam Ocaq Nicat Azərbaycanın şəhid ailələrinə başsağlığı verib və ordunun irəliləməsinə görə ölkə xalqına təbrik deyib.

captcha