IQNA

İsrail müdafiə naziri: Türkiyə və İran bölgədə sabitliyə zərbə vururlar

10:31 - October 05, 2020
Xəbər sayı: 3488292
Türkiyə bölgədə sabitliyi pozur və regionda sülh istiamətində atılan addımlarıa qarşı hərəkət edir. NATO üzvlüyündə olan belə bir ölkənin rəftarını dəyişmək üçün təzyiqlər göstərilməlidir.

Türkiyə bölgədə sabitliyi pozur və regionda sülh istiamətində atılan addımlarıa qarşı hərəkət edir. NATO üzvlüyündə olan belə bir ölkənin rəftarını dəyişmək üçün təzyiqlər göstərilməlidir.

SalamNews "İsrail Hayom"-a istinadla xəbər verir ki, bunu ölkənin müdafiə naziri Beni Qantz ötən gün keçirilən videokonfransda deyib.

İsrailin müdafiə naziri bir sıra ərəb ölkələri təmsilçiləri və jurnalistlərilə birgə keçirilən videkonfrans zamanı İranla Türkiyəni bölgədə sabitliyə zərbə vurmaqda ittihamlandırıb.

“Bu iki dövlət sülhün və sabitliyin qorunmasının qarşısını alır və regionda təcavüzü dəstəkləyirlər.”, deyə İsrail müdafiə naziri ərəb dövlətlərilə əlaqələrin genişlənəcəyini bildirib.

Qeyd edək ki, Türkiyə və İran Bəhreyn və BƏƏ-nin İsraillə əlaqələri rəsmiləşdirməsini kəskin tənqid ediblər.

Teqlər: Beni Qantz ، türkiyə ، iran ، israil ، NATO
captcha