Tehran (IQNA) - Həzrət İmam Hüseynin (ə) ƏRBƏİN ziyarəti mərasimi yaxınlaşdıqca Kərbəla şəhəri Əhli-Beyt (ə) aşiqlərinin izdihamı, şur və həyəcanı hər an çoxalır.
Beynul-Hərəmeyin (Həzrət İmam Hüseynin məzarından Həzrət Abbasının məzarınadək olan məsafə) İraqın müxtəlif əyalət və şəhərlərindən ziyarətə gəlmiş zəvvarlarla dolub-daşır.
Zəvvarlar hər gecə iki müqəddəs hərəminin dövrəsinə dolanır, əzadarlıq edir, ziyarətnamə, dua və münacatlar oxuyur və bununla Həzrət İmam Hüseyni (ə) və Kərbəla şəhidlərini sevdiklərini əyan edir və əhdlərini təzələyirlər. /3927626