IQNA

əl-Mustafa universiteti: Sülh yalnız işğal olunmuş ərazilərin boşaldılması ilə əldə oluna bilər

22:47 - October 09, 2020
Xəbər sayı: 3488330
İran İslam Respublikasının müqəddəs Qum şəhərində yerləşən Beynəlxalq əl- Mustafa Dini Elmlər Universiteti Dağlıq Qarabağda Azərbaycan və Ermənistan arasında gedən döyüşlərlə bağlı bəyanat verib.

Beynəlxalq Əl- Mustafa Universiteti Dağlıq Qarabağda Azərbaycan və Ermənistan arasında gedən döyüşlərlə bağlı bəyanat verib.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Beynəlxalq Əl-Mustafa Universitetinin bəyanatında bildirilir:

"Bismilləhir-rəhmənir-rəhim.

أُذِنَ لِلَّذِينَ يُقَاتَلُونَ بِأَنَّهُمْ ظُلِمُوا و إِنَّ اللَّهَ عَلَىٰ نَصْرِهِمْ لَقَدِيرٌ» (الحج: 39)

"Zülmə məruz qaldıqlarına görə vuruşanlara (kafirlərə qarşı Allah yolunda döyüşməyə) izin verilmişdir. Allah onlara kömək etməyə, əlbəttə, qadirdir!" (Həcc, 39.)

Son günlər Azərbaycan və Ermənistan arasında işğal olunmuş Qarabağ bölgəsi uğrunda döyüşlər yenidən başlayıb. Qum Elmi Hövzəsinin davamçısı olan Beynəlxalq Əl-Mustafa Universiteti akademik və elm ocağı olaraq, dünyanın müxtəlif xalqlarından elm öyrənən tələbələrə ev sahibliyi edir. Bu universitetdə müxtəlif xalqların və millətlərin dinc və qardaşcasına birgə yaşaması bir nümunədir. Universitet özünə borc bilir ki, beynəlxalq hüquq normalarına əsasən, işğal olunmuş Qarabağ bölgəsində Azərbaycan Respublikasının hakimiyyət haqqını dəstəkləsin. Təkidlə vurğulayır ki, ədalətli və davamlı sülh yalnız işğal olunmuş ərazilərin boşaldılması və qaçqınların qəsb olunmuş ərazilərinə qayıtması ilə əldə oluna bilər.

Bu baxış eynilə işğal olunmuş Fələstində də ədalətli sülh üçün gərəklidir. Qəsbkar sionist rejim tərəfindən işğalın sonlanması və Fələstinin həqiqi sahiblərinin öz torpaqlarına qayıtması ilə əldə oluna bilər. Biz Fələstində edilən işğalçılığı pislədiyimiz və tənqid etdiyimiz kimi, Qarabağın işğalını da pisləyirik. Beynəlxalq qurumlardan istəyirik ki, əllərində olan vasitələrdən istifadə edərək işğalçı tərəfi Azərbaycanın hakimiyyət hüququnu tanımağa və işğalçılığa son qoymağa məcbur etmək üçün addım atsınlar.

Qeyd etmək lazımdır ki, uzun illər bölgəni öz fitnəsinə giriftar etmiş, bölgədə şiə, sünni və məsihilərdən ibarət günahsız insanların qanına əlləri bulaşmış təkfirçi quruplar və sionst rejimin bu münaqişədə rolu yeni çirkli planın olmasından xəbər verir. Bu çirkli planı effektsiz etmək bütün tərəflərin, xüsusilə, Azərbaycanın əziz və başıuca xalqının ayıq olmasına ehtiyac var. Sonda bu münaqişədə şəhid olmuş şəxslərin pak ruhlarına salam göndərir və Allahdan haqq cəbhəsinə yardım və qələbə diləyirik!" /3927927

captcha