IQNA

"Atların ayaqları altında Günəş"; Əhli-sünnə qaynaqları əsasında dastan

10:21 - October 11, 2020
Xəbər sayı: 3488338
Tehran (IQNA)  - Bosniya və Herseqovinada yaşayan əhli-sünnə müsəlmanları üçün Kərbəla hadisəsi dastan dili ilə Əhli-Sünnə hədis və tarix qaynaqları əsasında çap və nəşr edilib.

Bosniya və Herseqovinada yaşayan əhli-sünnə müsəlmanları üçün Kərbəla hadisəsi dastan dili ilə Əhli-Sünnə hədis və tarix qaynaqları əsasında çap və nəşr edilib.

Üç fəsil və 216 səhifədən ibarət bu kitab "Atların ayaqları altında Günəş" adlanır. Kitabın müəllifi məşhur əhli-sünnə kitablarına istinadla Kərbəla hadisəsini rəvayət edib. Kitab ilk dəfə 2011-ci ildə çap və nəşr edilib.

Bosniya Balkan yarımadasında, Avropanın cənub-şərqində yerləşir. Bu ərazi 1463-cü ildən 1878-ci ilədək Osmanlı imperatorluğunun əyalətlərindən biri sayılırdı. Həmin dövrdə bu ərazidə yaşayan bir çox insanlar İslam dinini qəbul edərək müsəlman oldular. 1878-ci ildən 1918-ci ilədək Avstriya-Macarıstan imperiyasının tərkibində yaşayıblar. 1918-ci ildə 1992-ci ilədək Yuqaslaviya federal hakimiyyətinin tərkibində olub.

Bosniya müsəlmanları Osmanlıdan ayrılan gündən həmişə zülm və zorakılığa məruz qalıb, əzab və əziyyətlə yaşayıblar. Kommunistlər və Serblərin soyqrımına məruz qalasalar da heç vaxt İslamdan üz döndərməyib və vəfadar qalıblar.

Bosniya xalqının 44 faizi müsəlmandır və onların da əksəriyyəti əhli-sünnədir. Dinləri yolunda qatlaşdıqları əzablar və fədakarlıqları onları Həzrət İmam Hüseynə (ə) və Kərbəla məktəbinə yaxın etmişdir.

Onların bu halını müşahidə edən Mustafa Kamali (Sarayevo şəhərinin "Ağ Zanbaqlar Mədəniyyət Evi"nin rəisi) Həzrət İmam Hüseynin (ə) qiyamının müxtəlif cəhətlərini sadə dildə açıqlayan "Atların ayaqları altında Günəş" kitabını qələmə alıb.

Qeyd edək ki, bu kitab İmam Hüseyn (ə) barədə Bosniya dilində yazılmış ilk və son kitab deyil. Bundan əlavə Sadiq Nəcminin "İmam Hüseynin (ə) Mədinədən Kərbəlaya sözləri", İbrahim Ayətinin "Aşura hərəkatı tarixi" və beş cildlik "Hidayət Rəhbərləri" kitabı da tərcümə və nəşr edilmişdir.  /3928441

captcha