Şiələrin böyük təqlid mərcəsi Ayətullah Üzma Hüseyn Nuri Həmədani Dağlıq Qarabağ regionunda baş verən müharibə ilə bağlı dindarların ona ünvanladığı sualı cavablandırıb.
Böyük təqlid mərcəsi həzrət Ayətullah əl-üzma Nuri Həmədani (Allah ömrünü uzun etsin) Azərbaycan dindarlarından bir qrupunun Qarabağla bağlı verdiyi sualın cavabında deyib:
Bismillahir-Rəhmanir-Rəhim
Salam ələykum
Azərbaycanla bağlı məlumatıma əsasən və bu ölkəyə səfərim zamanı onun əhalisinin bir hissəsi ilə də görüşüm oldu – həmin səfərdə vurğuladım ki, Qarabağ İslam dünyasının bir hissəsidir və İslam ölkəsinə qayıtmalıdır, Qarabağ, Azərbaycan şiələrinin inqilabçı əhval-ruhiyyəsi ilə azad olunmalıdır.
Düşmənlər də İran və Azərbaycan xalqları arasında təfriqə salmaq fikrinə düşməsinlər. Biz bu ölkənin şiələrinin yanındayıq və onların istəklərinin həyata keçməsinin vacibliyinə inanırıq.
10 oktyabr, 2020