IQNA

Omanın rəngli əlyazma Quran nüsxələri – Foto

20:56 - October 15, 2020
Xəbər sayı: 3488375
Tehran (IQNA)  - Omanın Məsqət şəhərinin muzeyi omanlı hüsnxətt ustadlarının nəfis əlyazma Quran nüsxələri ilə zəngindir. Omanda qədim və tarixi Quran nüsxələrin sayı 300 civarını keçib.

Bu Quran nüsxələrini kitabət edənlər hüsnxətt mövzusunda o qədər dəqiqlik və zəriflik göstəriblər ki, sanki bir-birləri ilə rəqabət aparırmışlar. Bunun da nəticəsində Qurani-Kərimin əlyazma nüsxələri gözəl xətt, gözəl səhifə haşiyələri, təzhib və cildlərlər ilə ərsəyə gəlib.

Məsqət muzeyinin "Əzəmətus-Səlam" salonunda saxlanılan bu nəfis əlyazma Quran xəzinəsi Omanın müsəlmanların elm və mədəniyyəti inkişafında özünəməxsus rolu olduğunu göstərir.

Omanın Mədəni İrs və Turizm Nazirliyinin əlyazma nüsxələr muzeyində 200 civarında əlyazma Quran nüsxələri mövcuddur. Bu nüsxələr "nəsx" və "süls" kimi müxtəlif hüsnxətt növləri ilə kitabət edilmiş, ayə və surələrin, cüz və hizblərin əvvəli və sonu və səcdə ayələri xüsusi əlamətlərlə işarələnmiş, səhifələr qızılsuyu ilə təhzib edilmiş və həndəsi fiqurlar və gül-çiçək ilə bəzədilmiş və kitabət zamanı rəngli mürəkkəblərdən istifadə edilmişdir.

فخامت خط و نقوش قرآن های عمان

Bəzi Quran nüsxələrinin sonunda xəttatlar tərəfindən deyilmiş şeir parçalarına da rast gəlinir. Bu şeirlər xəttatların zəhməti, işin çətinliyi və eyni halda onların bu işi sevərək gördüyünü tərənnüm edir. 

فخامت خط و نقوش قرآن های عمان

Omanın məşhur Quran nüsxələrindən biri də "Sindi Müshəfi" nüsxədir ki, bu nüsxəni hicri-qəməri tarixi ilə 1179-cu ildə xəttat Məhəmməd bin Fazil əs-Sindi Məsqətin dəniz limanında kitabət etmişdir. Bu nüsxə Omanın Milli Mədəniyyət İrsi Nazirliyinin kitabxanasında saxlanılır.

Omanın Quran nüsxələrinin xüsusiyyətlərindən biri də budur ki, hər səhifənin sonunda sonrakı səhifənin əvvəlinci sətrinin bir və ya iki sözü qeyd edilir ki, səhifələrin tərtibi itirilməsin. Buna hüsnxətt ustadları "tətabi" və ya "təqibə" deyirlər.

Omanın ən qədim Quran nüsxəsi hicri-qəməri tarixi ilə 11-ci əsrə aiddir və 1054-cü hicri-qəməri ilində kitabət edilmişdir. Bu nüsxəni Salim bin Rəbii bin Raşid Pəhləvi yazmışdır.

Məsqət muzeyində bütün məlumatları (xəttat, kitabət edən, yazılma tarixi, cildləyən və s...) məlum olan 50 nüsxə mövcuddur. Bundan əlavə 250 Quran nüsxəsi də mövcuddur ki, bu nüsxələrin məlumatları naqisdir. /3929168

captcha