IQNA

Şəhadət günlərində İmam Rza (ə) hərəminin ab-havası – Foto

9:05 - October 16, 2020
Xəbər sayı: 3488378
Səfər ayının son günləri Həzrət Peyğəmbərin (s) vəfatı, İmam Həsən Müctəba və İmam Rzanın (ə) şəhadəti günləri olduğu üçün müsəlmanlar, xüsusi ilə də şiələr dərin hüzn və kədər içindədirlər.

Sevimli İslam Peyğəmbəri (s) və onun pak əhli-beytinin (ə) aşiqləri koronavirus səbəbi ilə o həzrətlərin mübarək məzarlarını yaxından ziyarət edə bilməsələr də ziyarətgahlarının ətrafına təvaf edir və hərəmlərin həyətinə toplaşırlar. Buradan dua  və münacat edir və ziyarətnamə oxuyurlar.

Hərəmlərin ətrafındakı bu mənəvi ab-hava və həmçinin pandemiyanın hərəmlərdə yaratdığı səssizlik Həzrət İmam Rzanın (ə) müqəddəs hərəmində daha çox hiss olunur. Bu sakitliyi çox ağır bir kədər bürümüş və dərin bir qəm hamının ürəyinə oturmuşdur.    /3929441

 
captcha