IQNA

Ayətullahul-uzma Məkarim Şirazinin Qarabağ barəsində bəyanatı

16:27 - October 18, 2020
Xəbər sayı: 3488393
Şiə aləminin böyük təqlid mərcəsi Ayətullahul-uzma Məkarim Şirazi, qeyd ediblər ki, Qarabağın, o cümlədən də Fələstin və işğal olunmuş digər islam torpaqlarının azadlığını dəstəkləmək bütün müsəlmanların borcudur.

Ayətullahul-uzma Məkarim Şirazinin Qarabağ barəsində bəyanatıŞiə aləminin böyük təqlid mərcəsi Ayətullahul-uzma Məkarim Şirazi, Dağlıq Qarabağ regionunda baş verən müharibə ilə bağlı bəyanat verib.

Bəyanatın mətni: 

Bismillahir rəhmanir rəhim.

Bu günlər Qarabağla bağlı nigaranedici xəbərlər diqqətləri yenidən İslam dünyasının bir parçası olan bu diyara yönəltdi. Bu məntəqənin illər öncə zalımcasına baş vermiş işğalından sonra müharibə alovu yenidən həmin məntəqədə şölələnməkdə, məzlum müsəlman sakinlərinin qanı axıdılmaqda və bir çoxu öz yurd yuvalarından didərgin düşməkdədirlər. Bütün bu cinayətlərin məsuliyyəti ilkin səbəbkarların, yəni işğalçıların üzərindədir. Qarabağın, o cümlədən də Fələstin və işğal olunmuş digər islam torpaqlarının azadlığını dəstəkləmək bütün müsəlmanların borcudur. Biz də öz növbəmizdə bu dəstəyə təkidlə yanaşır və bütün vasitəçilik, müzakirə və qəbul olunan qərarların bu məntəqənin bütövlüklə azad olunması ilə nəticələnməsinə xidmət göstərməli olduğunu zəruri bilirik. Yeri gəlmişkən möhtərəm Azərbaycan hakimiyyəti Qurani-Kərimin : " *Zülm edən kəslərə arxalanmayın*"- əmrinə əməl edərək özləri işğalçı, qəsbkar olan, yaxud müsəlmanların qanını halal bilən, şəxsi mənafeləri üçün islami ölkələrdə fitnəkarlıq törədənlərdən kömək diləmək əvəzinə, öz həqiqi dostlarının köməyi ilə Azərbaycan xalqının haqlarını tələb etməlidir.

Bütün asimani kitabların və ilahi peyğəmbərlərin, xüsusi ilə də Həzrət İsanın(ə) təlim etdiyi, zülm etməkdən çəkinmək və məzluma həmdəm olmaq olmuşdur. Buna görə də bütün xristianlardan gözlənilən budur ki, Ermənistan hakimiyyətini öz vəzifəsinə əməl etməklə zülm və işğalçılıq ləkəsini bu ilahi dinin ardıcıllarının ətəyindən təmizləyib dünya inanclılarının və Allahpərəstlərinin qəlblərinin biri-birinə yaxınlaşmasına səbəb olmağa dəvət etsin və onları bu zülmün acı nəticələrindən çəkindirməyə çalışsınlar. Allah (c.c) : *"Zülm edənlər tezliklə biləcəklər ki, necə bir dönüş yerinə qaytarılacaqlar"* buyurduğu kimi.

Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun.

Qum- Nasir Məkarim Şirazi.

18 oktyabr.2020

captcha