IQNA

Peyğəmbərin (s) miladı "Beynəlxalq Rəhmət Günü" adlandırılsın

11:36 - October 19, 2020
Xəbər sayı: 3488396
Tehran (IQNA)  - Pakistanın bir qrup müsəlman cəmiyyətləri Rəbiul-Əvvəl ayının gəlişi münasibəti ilə dünya müsəlmanlarına müraciət məktubu ünvanlayıblar.

Pakistanın bir qrup müsəlman cəmiyyətləri Rəbiul-Əvvəl ayının gəlişi münasibəti ilə dünya müsəlmanlarına müraciət məktubu ünvanlayıblar.

Müraciətdə bildirilir ki, sevimli İslam peyğəmbəri Həzrət Məhəmmədin (s) mübarək milad günü dünyada "Beynəlxalq Rəhmət Günü" adlansın və bu münasibətlə ümumdünya festivalı keçirilsin.

Hər il Rəbiul-Əvvəl ayında keçirilən bu festival çərçivəsində İslam peyğəmbərinin (s) həyat tərzi, əxlaqi xüsusiyyətləri, tarixi və sirəsi və öyrətdiyi İslam təlimləri dünyaya çatdırılsın.

Bu mövzu ilə əlaqədar Pakistanın Heydərabad vilayətinin müsəlmanları bunun üçün "tumar" (lülə şəkilində bükülmüş kağız sənəd) hazırlayıblar və tanınmış beynəlxalq İslami təşkilat və cəmiyyətlər imza toplayacaqlar.

Seyyid Abdullah Tariqin və bir qrup şəxsin təşəbbüsü ilə irəli sürülümüş bu təklifin əsas hədəfi İslam və müsəlmanlar barədə yaranmış yalnış təsəvvürü islah etməkdir.

"Beynəlxalq Rəhmət Günü" dünyanın hər yerində yaşayan müsəlmanlar sevimli İslam peyğəmbərinin (s) rəhmət, xeyirxahlıq, canlı məxluqlara sevgi, birlik və sair xüsusiyyatlarını sərgi, broşur, kitab, İslami geyim və sair vasitələrlə fərdi və ya qrup şəkilində dünyaya çatdıracaqlar. /3929610

captcha