IQNA

21:54 - October 19, 2020
Xəbər sayı: 3488401
Tehran (IQNA)  - Səudiyyənin hücumları nəticəsində bir çox insanın şəhid olmasına rəğmən, yəmənlilər ümidlərini itirməyib və vətənlərinin çiçəklənməsi və problemlərin həlli üçün böyük ümidlə çalışırlar.

Səudiyyə Ərəbistanın və təkfirçi koalisiyasının Yəmənə təcavüz etməsinə və bir çox cavanların şəhid olmasına rəğmən, bu xalqın cavanları ümidlərini itirməyib və vətənlərinin çiçəklənməsi üçün böyük ümidlə çalışırlar, öz bacarıq və xüsusi istedadları ilə məhrumiyyət və problemlər səddini aşırlar.

Bu cavanlardan biri də hüsnxətt və xəttatlığı bacaran Üsamə Həmud Salehdir.

O, Ərəb dilində hüsnxətt və xəttatlıq ilə kitabət etməyi və əsərlər yaratmağı sevir. Bu günlərdə isə Quranın əl ilə yazılması üzərində fokuslanıb.

Üsamə hələ orta təhsil illərində olsa da hüsnxətt incəsənətində çox mahirdir.

O deyir ki, hüsnxətt mənim sevgim və məşğuliyyətdimdir. Hər bir insanı bu sənəti öyrənə və boş vaxtlarını səmərəli keçirə bilər.

Üsamə "əl-mehriyyə" xəbər agentliyi ilə müsahibəsində hazırda müharibə vəziyyətində olduqlarına, sənət əsərləri yaratmaq üçün vəsaitin tapılmamasına işarə edərək deyib: İnsan problemlərə təslim olmamalıdır. Buna görə çalışıram ki, öz işimi hər bir mümkün vasitə ilə irəli aparım. /3928994


 
کتابت قرآن توسط خوشنویس جوان یمنی با وجود جنگ و محرومیت +عکس
 
کتابت قرآن توسط خوشنویس جوان یمنی با وجود جنگ و محرومیت +عکس
 
کتابت قرآن توسط خوشنویس جوان یمنی با وجود جنگ و محرومیت +عکس
 
کتابت قرآن توسط خوشنویس جوان یمنی با وجود جنگ و محرومیت +عکس

 

Ad:
E-poçt:
* Comment:
* captcha: