IQNA

İlahiyyatçı Maarif Səfərov Qarabağ uğrunda döyüşlərdə şəhid olub

6:58 - October 23, 2020
1
Xəbər sayı: 3488426
Qum Ali Dini Elmi Hövzəsinin Təbriz filialının tələbəsi ilahiyyatçı Maarif Səfərov Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub. Bununla bağlı təhsil aldığı təhsil ocağının rəhbərliyi bəyanat yayıb.

Qum Ali Dini Elmi Hövzəsinin Cameətul-Mustafa (s) Beynəlxalq İslam Elmləri Akademiyasının Təbriz filialının tələbəsi ilahiyyatçı Maarif Səfərov Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub. Bununla bağlı təhsil aldığı təhsil ocağının rəhbərliyi bəyanat yayıb.

Bəyanatda deyilir:

“Bağışlayan və mehriban Allahın adı ilə
Şəhidlik böyük zəfərdir, Allahın saleh bəndələrin çoxu bir ömür bu məqamı anlamaq üçün razü-niyaz etmişlər. Amma Allahın bu xüsusi dəvəti yalnız, bəzi məxsus və xalis bəndələrinə şamil olmuşdur. Onlar da müsəlmanların ərazi bütövlükərini qorumaq üçün bu yolda canlarını mənnan Allaha təslim etmişlər.
Azərbaycanın qədim şiə və müsəlman əsilli camaatı neçə illərdir ki, vəhşi Erməni cinayətkar qrupunun hücumuna məruz qalmışdır, həm islam məmləkəti olan əziz Qarabağ işğal olunmuşdur, həm də məzlum insanlar öz yurdlarından didərgin düşmüşdür və çoxlu cavanlar öz milli və dini heysiyyətini müdafiə yolunda öz canlarını fəda etmişlər.
Camiətül Mustafa Təbriz nümayəndəliyində bizim əziz, səfalı, calışqan tələbəmiz olan Maarif Səfərov öz din və ölkəsinə xidməti nəticəsində necə də xoşbəxt sonluğa yetişdi.
O, bəsirət, agahlıq və şəhidlər sərvəri İmam Hüseynin(ə) “mənə bir kömək edən varmı?” nidasına Ləbbeyk deyərək ayağını işğal olunmuş Qarabağ torpağına qoyaraq çox tez zamanda şəhadət şərbətini nuş elədi.
Bu əziz tələbənin uca ruhunun ucalması münasibətilə, onun əziz ailəsinə, şücaətli Azərbaycan xalqına və xüsusən tələbə yoldaşlarına təbrik edir və başsağlığı verirəm.
Əbədi mənzildə ruhu şad və şəhidlərə qonaq olsun.

Mehdi Bəxtavər
Camiətül Mustafa, Təbriz nümayəndəliyi
21 oktayabr, 2020

islamazeri.com

Nəşr edilmiş: 1
Yoxlanılır: 0
Nəşrə yararsız: 0
Eyvazov İsmayıl
0
0
Sizi Allahın 99 adından biri olan Salam adıyla salamlayıram.

Mənim canım dayım Eyvazov Xaqani Maarif Səfərovun tələbə yoldaşıdır.Maarif Səfərov Vətən uğrunda döyüşərək canından keçmişdir.Amma Mənim canım dayım ruzi şəhidi olmuşdur.
Mənim canım dayım 4 balasına çörək gətirmək üçün canından keçmişdir.Canım dayımı elektrik vuraraq ruzi şəhidi olmuşdur.Canım dayım ruzi şəhidi olarkən təkcə onunla ailəsi yox,tələbə yoldaşları yox,bütün hamı onunla fəxr edir necə ki,Maarif Səfərovla fəxr etdiyimiz kimi.Allah bütün şəhidlərimizi rəhmət etsin.Yerləri cənnət olsun İNŞALLAH.Amin
captcha